Məhkəmə qərarları › İş №3(012)-3670/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3670/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3670/2025 25.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Abşeron rayonu, Xırdalan şəhəri, X1 qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 25 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-3798/2023 saylı, 30 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2852 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmiş və icra məmurunun çağırışına gəlməmişdir. İcra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 06 dekabr 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Daha sonra həmin icra sənədi üzrə borc məbləği ödənilən günədək Abşeron rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Daha sonra icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 28 noyabr 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını və protokolun təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilərək bildirmişdir ki, o, barəsində qəbul edilmiş qərarda göstərilən məbləğdən az olsa da, hər ay mütəmadi olaraq ödənişlər etsə də, lakin son dövrlərdə işsiz olması səbəbindən aliment ödənişlərini tam şəkildə həyata keçirə bilməmişdir. Tələbkar onun qolunda olan qüsur səbəbindən səbəbindən iş qabiliyyətinin mövcud olmadığından xəbərdar olsa da, lakin o, heç bir zaman həmin haldan sui-istifadə edərək, aliment öhdəliyini icra etməkdən qərəzli olaraq yayınmamışdır. Barəsində tərtib edilmiş protokol üzrə tərəfindən bu gün 480 (dörd yüz səksən) manat məbləğində ödəniş edilsə də, lakin tələbkar həmin məbləğlə razılaşmadığını bildirmiş və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, azyaşlı uşağının baxımı və saxlanılmasını təkbaşına yerinə yetririr. Borclu barəsində tərtib edilmiş protokol üzrə sonuncu tərəfindən ona bugün 480 (dörd yüz səksən) manat məbləğində pul ödənilsə də yalnız sonuncu tərəfindən 300–500 manat məbləğində əlavə ödəniş edildiyi halda ondan şikayətçi olmaz. Hazırda Şəxs tərəfindən ona əlavə olaraq aliment ödənişləri edilmədiyindən hazırkı vəziyyətdə ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Abşeron rayon Məhkəməsinin 2(012)-3798/2023 saylı, 30 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2852 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmiş və icra məmurunun çağırışına gəlməmişdir;

2. Abşeron rayon Məhkəməsinin 2(012)-3798/2023 saylı, 30 noyabr 2023-cü il tarixli icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 06 dekabr 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

3. Abşeron rayon Məhkəməsinin 2(012)-3798/2023 saylı, 30 noyabr 2023-cü il tarixli icra sənədi üzrə borc məbləği ödənilən günədək Abşeron rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır;

4. Abşeron rayon Məhkəməsinin 2(012)-3798/2023 saylı, 30 noyabr 2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 28 noyabr 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir.

Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə tərəfindən inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Məhkəmə iş materiallarını, icra orqanının təqdimatını, borclu və tələbkarın izahatlarını və toplanmış sübutları araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində aliment öhdəliyinin icra edilməməsinə görə inzibati məsuliyyətin tətbiqi üçün qanuni əsaslar mövcuddur. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şəxs məhkəmə qərarı ilə müəyyən edilmiş aylıq aliment öhdəliyinin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə və barəsində protokol tərtib edilməsinə baxmayaraq sonuncu tərəfindən həmin öhdəlik qərəzli olaraq yerinə yetirilməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment öhdəliyi uşağın mənafeyinə xidmət edən əsas öhdəliklərdən biri olduğundan və bu öhdəliyin yerinə yetirilməməsi ilə bağlı üzrlü səbəblər öz təsdiqini tapmadığından, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi məqsədəuyğun hesab edilmədiyi üçün sonuncuya həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 25 dekabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar