Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-368/2023 18.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin Saray bölməsinin sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ali təhsilli, İmişli rayonu,İmişli şəhəri general Şıxlinski küçəsi ev 74 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə daxil olmuş inzibati materialda Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsi Saray bölməsinin sahə rəisi, polis kapitanı X4 məhkəmədə verdiyi izahatında göstərdi ki, Şəxs Abşeron rayon DYP polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan imtina etmiş, nəticədə Şəxs məcburi şəkildə Abşeron Rayon Polis İdarəsinə gətirilmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığına görə barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xətanı etiraf edərək verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə içkili avtomobil idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmışdır, avtomobili cərimə meydançasına aparmaq istəyən polis əməkdaşları ilə sözlə mübahisə etmiş və nalayiq ifadə işlətmişdir. O, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Hazırda etdiyi hərəkətə görə əməlindən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi Vəkil Şəxs əməlindən səmimi peşman olmasını və inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin etməsini xahiş etdi. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan AZA 002113 saylı tutma protokolundan görünür ki Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddələr ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 200 (iki yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs dərhal məhkəmə iclasında azad edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-368/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-368/2023
18.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver