Məhkəmə qərarları › İş №3(012)-368/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-368/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-368/2024 22.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakim Səfiyeva Cəmilə İbrahim qızı, X2 tərəfindən daxil olmuş şikayətə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət ilə məhkəməyə müraciət edərək, həmin qərarların ləğv olunması xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, X2 tərəfindən qəbul edilmiş qərardan şikayət Azərbaycan Respublikasının İXM-nin müddəalarına uyğun şəkildə tərtib edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.. 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 131.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olubolmamasını həll edilir. İş materiallarından görünür ki, X2 tərəfindən şikayət verilmiş DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı X2 barəsində deyil, X3 barəsində tərtib edilmişdir. Qərarın məzmunundan göründüyü kimi qərar İXM-nin 469.3 maddəsi icbari sığorta müqaviləsinin bağlanmaması və 332.3-cü maddəsi isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi barədədir. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, X3 “Azsamand RX” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq , sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq üzrə səlahiyyətləri xx.xx.2024-cü il tarixədək X1 etibar etmişdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi şikayət verilmiş DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı şikayət verən şəxs barəsində olmadığından, şikayət onu imzalamaq hüququ olmayan şəxs tərəfindən verilmiş hesab edilməli və geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2019-cu il tarixli “Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlardan verilmiş şikayət geri qaytarılsın. Hakim: Cəmilə Səfiyeva 3(012)-134/2024 2024-cü il MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 18 yanvar 2024-cü il Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsində Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, X2 tərəfindən daxil olmuş şikayətə məhkəmənin inzibati binasında baxılır. İclas saat 14:30-da açıldı. Sədrlik edən müşavirə otağına gedir, qayıdaraq qərarı elan edir və məhkəmə iclasını bağlı elan edir. Məhkəmə iclasının protokolu 18 yanvar 2024-cü il tarixdə tərtib olundu. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar