Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-37/2024 12.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi ilə, X1, Abşeron DYP-nin YNH baş inspektoru, polis mayoru X4 iştirakı ilə, X1 Abşeron DYP-nin TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Abşeron DYP-nin YNH baş inspektoru, polis mayoru X7 tərəfindən barəsində tərtib olunmuş TP ******* saylı xx.xx.2023-cü il tarixli tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək bildirdi ki, OPEL ASTRA minik markalı, 99LY544 dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. Mən həmin avtomobili etibarnamə əsasında idarə edirəm. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır kəndi, Q.Nəbi küçəsində hərəkətdə olarkən dönmə əməliyyatını yerinə yetirdiyi zaman arxadan gələn MERCEDES BENZ markalı, 90HF078 dövlət qeydiyyat nişanlı avtomobil qanunla qadağan olunmuş şəkildə yolun əks hərəkət hissəsinə çıxaraq ötmə əməliyyatını həyata keçirərkən mənim avtomobilim ilə toqquşaraq qəza yaratmışdır. Bildirmək istəyirəm ki, mənim avtomobolimin arxasında iki maşın olmuş, həmin “Mercedes Benz” markalı avtomobil isə həmin iki maşını əks yola çıxaraq qanunsuz ötmə əməliyyatı keçirmiş, nəticədə mənim avtomobilimin sol tərəf hissəsi zədələnmişdir. Daha sonra hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gəlmiş və bizi hadisə baş verən günün səhəri polis idarəsinə gəlməyi bildirdilər. Ertəsi gün polis idarəsinə getdiyi zaman qəza törətmiş avtomobilin sahibi ilə polis əməkdaşları danışdıqdan sonra həmin qəzanın yaranmasında onun günahkar olduğunu bildirdilər. O, isə heç bir qayda pozuntusu etmədiyini, əgər edibsə də bunu sübut etməyə borclu olduqlarını qeyd etsə də, onun sözlərini nəzərə almayaraq mənə qayda pozuntusuna yol verdiyimi bildirdilər. Daha sonra isə ona İXP5886414 nömrəli protokol tərtib edildiyini və İXM 327.1,-ci maddəsini rəhbər tutaraq cərimə yazıldığını öyrəndi. Hesab edir ki, Abşeron DYP-nin əməkdaşlarının barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilən TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan həmin qərar ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməlidir. “Paşa Sığorta” tərəfindən verilmiş qüsur aktı ilə müəyyən olunur ki, istifadəsində olan nəqliyyat vasitəsinə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 970 (doqquz yüz yetmiş) manat miqdarında ziyan dəymişdir. İnzibati tənbeh vermə haqqında qərarın surəti 07 dekabr 2023-cü il tarixdə ona təqdim olunmuşdur. Azərbaycan Respublikası DİN Abşeron DYP-NİN YNH baş inspektoru, polis mayoru X7 tərəfindən barəsində tərtib olunmuş TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Abşeron rayon X11 Şöbəsinin nümayəndəsi YNH baş inspektoru, polis mayoru X7 protokolla eyni məzmunlu izahat verərək bildirdi ki, “Yol hərəkəti haqqında qanunun” 42-ci maddəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Qərardan şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Abşeron DYP-nin YNH baş inspektoru, polis mayoru X7 tərəfindən tərtib olunmuş TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Abşeron DYP-nin YNH baş inspektoru, polis mayoru X7 tərəfindən tərtib olunmuş TP ******* saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək, inzibati materialın yenidən araşdırılması və ekspertiza təyin olunması üçün DİN Abşeron DYP YPX–ya göndərilsin. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələblərinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İstinad edilən qanun normasının məzmunundan göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Hesab edirəm ki, hazırkı iş üzrə baxılan materialda inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyənləşdirməkdən ötrü iş üzrə müəyyən edilən hallar təqdim edilən videogörüntü əsasında ekspert rəyi alınmaqla yenidən araşdırılmalı və onların mötəbərliliyi yoxlanıldıqdan sonra material üzrə yekun qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələblərinə müvafiq olaraq inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İstinad edilən normaya əsasən qərar İXM-nin 48-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyindən əsaslı və qanuni hesab edilə bilməz, ona görə də X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası DİN Abşeron DYP-nin YNH baş inspektoru polis mayoru X7 tərəfindən tərtib olunmuş TP ******* saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN Abşeron DYP YPX–ya göndərilməlidir. Azərbaycan Respublikası İXM-in 135.1.1-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1, 135.1.3 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası DİN Abşeron DYP tərəfindən tərtib olunmuş TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İşə yenidən baxılması üçün material Azərbaycan Respublikası DİN Abşeron DYP YPX–ya göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-37/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-37/2024
12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver