Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-371/2021 05.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati icraat aparılan Şəxs və zərərçəkmiş şəxslər X7, X2 iştirakları ilə, xx.xx.1960-cı ildə Vartaşen rayonu, Qumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi (bundan sonra İXM) ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayonu Polis idarəsinin polis mayoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X9 xx.xx.2021 -ci il tarixdə idarə etdiyi Opel Astra markalı, 99-XR 293 dövlət qeydiyyat nişanlı avtomobillə Saray qəsəbəsi ərazisində köməkçi yoldan baş yola çıxdıqda, sol tərəfdən Bakı şəhəri istiqamətindən üzü Sumqayıt istiqamətində sağ hərəkət zolağında olan TOYOTA Land Cruser markalı, ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmaqla toqquşmuşdur, nəticədə Şəxs və X1 zərər vurmayan və X3 və Salamlı Hakim Tural oğlunun isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül xəsarətlər almışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 2000-ci ildən “B" dərəcəli sürücülük vəsiqəsi var və avtomobil idarə edir. xx.xx.2021-ci il tarixdə saat təxminən 18:50-də Sumqayıt şəhərindən Masazır qəsəbəsində yas mərasiminə özünə məxsus Opel Astra markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobillə getdikdə VAZ dairəsindən üzü Saray istiqamətində getdikdə, gedəcəyi yolu səhv keçdiyi üçün geri qayıtmaq istədikdə baş yola çıxdıqda baş yolla hərəkətdə olan TOYOTA Land Cruser markalı, ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobili görmədən yola çıxmış və həmin vaxt Bakı şəhəri istiqamətindən üzü Saray qəsəbəsi istiqamətində, onun sol tərəfində hərəkətdə olan avtomobil ona məxsus Opel Astra markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin sol hər iki qapısına çırpıldığını bildirmişdir. Həmçinin hadisə zamanı xəsarət aldığını, MTEdan keçmək istədiyini, hadisə zamanı idarə etdiyi avtomobildə Salamlı Hakim Tural oğlu, X10, X3 olduğunu və onlarında xəsarət aldığını bildirmişdir. O, əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini məhkəməədn xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X10, X6 məhkəmə iclasında Şəxs ilə eyni izahat verərək, Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2021 -ci il tarixdə verilmiş 189 nömrəli rəyindən görünür ki, 1974-ci il təvəllüdlü X3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol saidin yuxarı 1/3-nin və sol dirsək oynağının şişkin halında hematoması hərəkət məhdudluğu ilə; başın yumşaq toxumalarının əzilməsi bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2021 -ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2021 -ci il tarixdə verilmiş 191 nömrəli rəyindən görünür ki, 2014-ci il təvəllüdlü Salamlı Hakim Tural oğlunun məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- alın nahiyəsinin sol russəsinin əzilmiş-cızılmış yarası və sıyrıqları, sol almacıq və sol bud-çanağ oynağı nahiyəsinin qançırları, bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2021-ci il tarixdə salonunda olduğu avtomaşınım digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici izahatı, Abşeron rayonu Polis İdərəsinin polis mayoru X12 oğlunun xx.xx.2021-ci il tarixli, İXP № ******* saylı protokol və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs səmimi peşmançılığını və ailədə yeganə qazanc əldə edən şəxs olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini, həmçinin ailədə yeganə qazanc əldə edən şəxs olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinə əsasən vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi barədə zərərçəkmiş şəxs X10 və X4 mülki mühakimə icraatı qaydasında mübahisələndirə bilməsi hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Oğuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi barədə zərərçəkmiş şəxs X10 və X4 mülki mühakimə icraatı qaydasında mübahisələndirə bilməsi hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-371/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-371/2021
05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver