Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-371/2025 06.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi Qərardan şikayət verən şəxs: X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 15 yanvar 2025-ci il tarixli, EQ 25557108 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 15 yanvar 2025-ci il tarixli, EQ 25557108 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş Teymur Həsənov ərizəni müdafiə edib, qeyd etdiklərinə uyğun izahat verərək bildirmişdir ki, o, 15 yanvar 2025-ci il tarixdə idarə etdiyi “Hyundai Sonata” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonundan Bakı şəhərində qayıdan zaman Şəmkir postunu keçərkən polis əməkdaşları tərəfindən saxlanılaraq, sənədləri yoxlanılmışdır. Polis inspektoru onun sənədlərini yoxladıqdan sonra 1.1 üfüqi nişanlanma xətlərinin tələblərini pozmasını bildirdikdə ondan videogörüntünü və barəsində tərtib edilmiş protokolun surıtini tələb etməsinə baxmayaraq, lakin polis əməkdaşı həmin sübutları təqdim edə bilməmişdir. Daha sonra o yoluna davam etmiş və o, Yevlax rayonunun ərazisinə çatmışdır ki, onun mobil telefonuna 327.1-ci maddəsi ilə inzibati xəta törətməsinə görə 40 manat cərimə olunmasına dair Sms radar gəlmişdir. O, həmin məlumat barədə 902 qaynar xidmətinə məlumat versə də, lakin hazırki vaxtadək şikayətinə baxılmamışdır. Odur ki, barəsində qanunsuz yazılmış 40 manat məbləğində cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunveriliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Baş X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar protokol tərtib edən orqan tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə Baş X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Baş X5 İdarəsinin 15 yanvar 2025-ci il tarixli, EQ seriyalı 25557108 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 15 yanvar 2025-ci il tarixdə, saat 10:12-də “Hyundai Sonata minik” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yolayrıcını keçmə qaydalarını pozmuşdur. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, qərardan şikayət vermiş şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Belə ki, iş materiallarına əlavə edilmiş Baş X5 İdarəsi tərəfindən 15 yanvar 2025-ci il tarixli, EQ seriyalı 25557108 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 15 yanvar 2025-ci il tarixdə, saat 10:12-də “Hyundai Sonata minik” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yolayrıcını keçmə qydalarını pozmuşdur. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozumadığından, həmçinin mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilmədiyindən Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 15 yanvar 2025-ci il tarixli, EQ seriyalı 25557108 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edilməməlidir Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 15 yanvar 2025-ci il tarixli, EQ 25557108 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Vaqif Həsənov