Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-375/2020 04.03.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi X1, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, X7 Xidməti Baş İnspektor Polis Kapitanı Babaşov Müşfiq Əli oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ı ilə, xx.xx.1983-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Sumqayıt şəhəri,41-ci məhəllə, yataqxana 7A, otaq 9 ünvanında qeydiyyatda olmaqla və həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol-Patrul Xidməti Alayından İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində X7 Xidməti Baş İnspektor Polis Kapitanı Babaşov Müşfiq Əli oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi haqqında İXP ******* saylı, xx xxxx 2020-ci il tarixdə protokol tərtib edilmişdir. Məhkəmə iclasında X7 Xidməti Baş İnspektor Polis Kapitanı Babaşov Müşfiq Əli oğlu izahatında bildirmişdir ki, Şəxsxx.xx.2020-ci il tarixdə, saat 17:45 radələrində idarə etdiyi “Ford Deal mikravatobus ” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 10-cu kilometrliyindən Xıralan şəhər istiqamətində hərəkətdə olan zaman Xırdalan tunelinə daxil olmadan sağa dönərkən Xırdalasn istiqamətində hərəkət edən Mercedes Benz markalı **-HV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilə toqquşmuş, toqquşma nəticəsində yolun sağında dayanan “Mercedes Benz” yük markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoşqusu ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə, saat 17:45 radələrində idarə etdiyi “Ford Deal mikravatobus ” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Quba yolunun 10-cu kilometrliyindən Xıralan şəhər istiqamətində hərəkətdə olan zaman Xırdalan tunelinə daxil olmadan sağa dönərkən Xırdalasn istiqamətində hərəkət edən Mercedes Benz markalı **-HV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilə toqquşmuş,toqquşma nəticəsində yolun sağında dayanan “Mercedes Benz” yük markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoşqusu ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Məhkəmədən xahiş edir ki, maddi vəziyyəti aır olduğundan cərimə növündə cəza təyin edilməsin. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs vəkili X5 müdafiə etdiyi şəxs barəsində aşağı həddə inzibati həbs növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş X2 izahatında bildirmişdir ki,o xx.xx.2020-ci il tarixdə 17:45 radələrində etibarnamə ilə idarə etdiyi Mercedes Benz yük markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xırdalan dairəsi əlavə yolda yolun sağ hissəsində avtomobili saxlamış, mağazaya su almağa getmişdir. Sonra isə avtomaşının vurulması barədə zəng gəlmişdir. Həmin vaxt o,hadisə yerinə gəlmiş və Ford markalı avtomobillə Mercedes Benz markalı **-HV-*** dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşmuşdur. Hadisə zamanı heç bir bədən xəsarəti alan olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyəti nəzərdə tutur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-375/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-375/2020
04.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver