Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-376/2021 05.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Abşeron rayonunda anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2021-ci il tarixdə, saat 13:00 radələrində Abşeron rayonu, Xırdalan şəhərində Zonşen markalı, A-350 dövlət nömrə nişanlı motosikletlə manevr qaydasını pozaraq Mercedes markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Abşeron Rayon Polis İdarəsi polis mayoru X4 tərəfindən xx xxxxxx 2021-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə saat 13.00 radələrində Şəxs idarə etdiyi Mersedes markalı, **- BC-*** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan səhəri, H.Əliyev prospektində, “Mannol” yağ dəyişmə sexinin yanında təyin olunmuş yerdə avtomobilini yolun kənarında saxlamaq istəyən zaman onun arxasınca eyni istiqamətində idarə etdiyi “Zonşen” markalı A-350 dövlət nömrə nişanlı motosikletlə hərəkətdə olan X2 vurmuş, zərbənin təsirindən Elşadbəy Məmmədbəyov yerə yıxılaraq “qapalı kəllə beyin travması, baş-beyinin yüngül dərəcəli əzilməsi, sol tərəfli alın-gicgah-təpə nahiyəsinin dərialtı hematoması, sol qulaq seyvanının və sol baldır nahiyəsinin sıyrıqları” xəsarətlərini almışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 13.00 radələrində idarə etdiyi Mersedes markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri, H.Əliyev prospekti ilə Xırdalan şəhərinin mərkəzindən Xırdalan dairəsi istiqamətinə doğru saatda təxminən 5 km saat sürətlə hərəkət etmiş, H.Əliyev prospektində “Mannol” yağ dəyişmə sexinin qarşısında təyin olunmuş yerdə avtomobilini yolun kənarında saxlamaq üçün avtomobili kiçik bucaq altında sağa döndərmişdir. Bu zaman onun arxasınca onunla eyni istiqamətdə hərəkətdə olan motosikleti görməmiş və həmin motosiklet onun idarə etdiyi avtomobilin sağ arxa qapısı olan hissəsinə dəymiş, avtomobilinin sağ tərəfini əzərək yolun sağında olan tikiliyə dəyib dayanmışdır. Nəticədə motosiklet aşmış və onu idarə edən sonradan adının Elşadbəy olduğunu bildiyi şəxs yerə yıxılmış, hadisə yerinə gələn TTY avtomobili ilə Elşadbəy xəstəxanaya yerləşdirilmişdir. O, əməlindən peşman olduğunu və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına lazımı qaydada məlumat verilsə də, Şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxs, Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2021-ci il tarixli, 144 saylı rəyində göstərilmişdir ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- qapalı kəllə beyin travması, başı-beyinin yüngül dərəcəli əzilməsi, sol tərəfli alın-gicgah-təpə nahiyəsinin dərialtı hematoması, sol qulaq seyvanının və sol baldır nahiyəsinin sıyrıqları bərk-küt əşya(əşyalar) təsirindən törənmişdir; qərarda göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2021 -ci il tarixdə üzərində olduğu motosikletin avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici izahatı, Abşeron rayonu Polis İdərəsinin polis mayoru X6 oğlunun 16 fevral 2021-ci il tarixli, İXP ******* saylı protokol və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs səmimi peşmançılığını və ailədə yeganə qazanc əldə edən şəxs olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini, həmçinin ailədə yeganə qazanc əldə edən şəxs olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinə əsasən vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Zərərçəkmiş şəxs X5 vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxs X5 vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-376/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-376/2021
05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver