Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-377/2021 02.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X3 katibliyi, Şikayət verən Rzayev Cavanşir Allahqulu oğlunun iştirakı ilə, Rzayev Cavanşir Allahqulu oğlunun Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti polis kiçik serjantı X1 qəbul etdiyi TP ******* saylı, 05.01.2021-ci il tarixli inzibati tənbeh etmə haqqında qərarından verdiyi şikayət ərizəsinə 02.07.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Rzayev Cavanşir Allahqulu oğlu Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti polis kiçik serjantı X1 qəbul etdiyi TP ******* saylı, 05.01.2021-ci il tarixli inzibati tənbeh etmə haqqında qərarın ləğvi edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi Rzayev Cavanşir Allahqulu oğlu bildirdi ki, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti polis kiçik serjantı X1 qəbul etdiyi TP ******* saylı, 05.01.2021-ci il tarixli inzibati tənbeh etmə haqqında qərarına əsasən o, AR İXM-nin 211.1 maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. Həmin protokol və onun əsasında apalımış inziabti xəta haqqında işinə dair qəbul edilmiş qərarla razı-deyildir. Belə ki, 14.01.2021-ci il tarixində qəflətən halı pisləşmiş, bədəninin sol tərəfində kəskin ağrılar baş vermiş, tələsik 81.03-ə icazə SMS yazıb 14:16-da öz maşını ilə həkmə getmək üçün evdən çıxmış, karantin postundan keçəndə telefonuna icazə gəlmədiyinə görə postdan burxılsada ona cərimə yazılmışdır. O, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti polis kiçik serjantı X1 qəbul etdiyi TP ******* saylı, 05.01.2021-ci il tarixli inzibati tənbeh etmə haqqında qərarın qanunsuz olmasını nəzərə alıb ləğv edilməsini məhkəmədən xahiş etdi. Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti polis kiçik serjantı X2 məhkəmə iclası barədə lazımı qaydada məlumat verilsədə, o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. İş materiallarını nəzərdən keçirib, şikayətçini dinləyib hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki inzibati işin materiallarında olan qərardan görünür ki, Rzayev Cavanşir Allahqulu oğlu barəsində tərtib olunmuş Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti polis kiçik serjantı X1 qəbul etdiyi TP ******* saylı, 05.01.2021-ci il tarixli inzibati tənbeh etmə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə olunmuşdur. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs Rzayev Cavanşir Allahqulu oğlu 14.01.2021-ci il tarixində həkimə gedərkən epidemiya əleyhinə rejim dövründə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydaları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Yuxarıdakılara əsasən hesab edirəm ki, Rzayev Cavanşir Allahqulu oğlu haqlı olaraq səlahiyyətli orqan tərəfindən düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, Rzayev Cavanşir Allahqulu oğlu tərəfindən verilmiş şikayət təmin edilməməli, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti polis kiçik serjantı X1 qəbul etdiyi TP ******* saylı, 05.01.2021-ci il tarixli inzibati tənbeh etmə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Rzayev Cavanşir Allahqulu oğlunun Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti polis kiçik serjantı X1 qəbul etdiyi TP ******* saylı, 05.01.2021-ci il tarixli inzibati tənbeh etmə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-377/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-377/2021
02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver