Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-378/2022 01.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Şikayət verən X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 oğlunun Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X5 oğlu tərəfindən tərtib olunmuş 09.02.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğvi barədə şikayətinə 01 mart 2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X3 tərəfindən qəbul olunmuş 09.02.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayon X6 İdarəsinin polis-leytenantı Rahim Abdalov tərəfindən tərtib edilmiş 05.02.2022-ci il tarixli "İnzibati xəta haqqında" protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 329.3 və 327.1ci maddələri ilə 40 manat cərimə edilməsinə dair 09.02.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarın surəti ona 17.02.2022-ci il tarixdə verilmişdir. Aşağıda göstərdiyi səbəblərə görə qərar qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, 05.02.2022-ci il tarixdə idarə etdiyi "BMW 316" markalı, **-RM-*** qeydiyyat nişanlı avtomobil, "Mersedes" markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində vurulmuşdur. Həmin hadisə yolda quraşdırılmış kameralar tərəfindən qeydə alınmasına baxmayaraq görüntülər Abşeron rayon X7 tərəfindən düzgün qiymətləndirilə bilməmiş və nəticədə həm onun həm də ki, Mersedes" markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə cərimə qərarı qəbul edilmişdir. Kamera görüntüləri isə şəxsən ona göstərilməmişdir. Qeyd edir ki, qərarı qəbul etmiş polis-leytenantı Rahim Abdalov bildirmişdir ki, guya o, hadisə vaxtı dönmə əməliyyatını düzgün yerinə yetirməmişdir. Halbuki, hadisənin baş verdiyi yerdə qırıq xətt və ya düz xətt yoxdur. Bundan başqa həmin yerdə kameralar var və hər gün o, həmin yerdə dönmə əməliyyatını yerinə yetirir. Əgər bu qanunsuz olsaydı, onda hər gün ona cərimə gələrdi. Bundan başqa "Mersedes" markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onu dönərkən vurmuşdur. Beləliklə də hadisə onun təqsiri üzündən baş vermişdir. Onu da xüsusilə qeyd edir ki, hadisə vaxtı birmənalı şəkildə "Mersedes" markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsirkar olması qeyd edilsə də, lakin sonradan hansısa naməlum səbəbdənsə guya onun da təqsirinin olması bildirilmişdir. Bununla da həmin şəxsə avtomobilinə vurduğu maddi zərəri ödəmək məsuliyyətindən yaxa qurtarmağına qəsdən şərait yaradılmışdır. Məhkəmə iclasında şikayətçi X4 oğlu şikayətini müdafiə edərək Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X3 tərəfindən tərtib olunmuş 09.02.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilərək inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə qərarı qəbul edən Abşeron rayon Polis İdarəsi DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, araşdırma zamanı həm də hadisənin görüntüsünə baxış keçirilmiş, şikayət verən şəxsin izahatı alınmış və müəyyən edilmişdir ki, X4 oğlu 05.02.2022-ci il tarixdə saat 17.20-də Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, BMW 316 minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinə əsasən hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Həmin qanunun 42-ci maddəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İİ. Yana uzadılmış sol qol, yaxud yana uzadılaraq düzbucaq şəkildə dirsəkdən yuxarı bükülmüş sağ qol sola (geriyə) dönmə siqnalına uyğundur. Yana uzadılmış sağ qol, yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı bükülmüş sol qol sağa dönmə siqnalına uyğundur. Yuxarı qaldırılmış sol və ya sağ qol tormozlama siqnalına uyğundur. İİİ. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. İV. Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. V. Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Vİ. Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görəotuz manat məbləğində cərimə nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, iş materiallarında olan məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edildi ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 oğlu idarə etdiyi “BMW 316 minik” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 327.1-ci maddələrinin, yəni yolayrıcını keçmə qaydalarını pozaraq inzibati hüquq pozmanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıdakılara əsasən hesab edirəm ki, X2 haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 329.3 və 327.1-ci maddələrilə düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 05.02.2022-ci il tarixdə saat 17.20-də Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, BMW 316 minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində X2 tərəfindən Azərbaycan Respublikası İXMnin 329.3-cü və 327.1-ci maddəsinin tələbinə uyğunsuzluq müəyyən edildiyindən, yəni yolayrıcını keçmə qaydalarını pozduğuna görə şikayət təmin edilməməli, Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X3 tərəfindən tərtib olunmuş 09.02.2022-ci il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X3 tərəfindən qəbul olunmuş 09.02.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis leytenantı X3 tərəfindən tərtib olunmuş 09.02.2022-ci il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-378/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-378/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver