Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-378/2025 04.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X9 Ənvər qızının sədrliyi, Ələkbərov Nihad Hüseyn oğlunun katibliyi ilə, protokolu tərtib edən şəxs Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respulikasının Ədliyyə Nazirliyi Abşeron Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən MN № ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2257/2024 saylı, 2(006)-2457/2023 və 2(006)-2457/2023 saylı icra sənədləri üzrə hər ay 40 manat aliment, 912 manat və 10200 manat pul vəsaiti Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə 1300 manat aliment pulunun və 11112 manat pul vəsaiti ödənilməmişdir. Lakin Şəxs tərəfindən icra sənədi üzrə tələb təmin edilməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 protokola uyğun izahat verməklə məhkəmədən onun barəsində inzibati məsuliyyətə cəlb olunub barəsində qanuna müvafiq tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, hal-hazırda işsizdir. İşə düzələn kimi ödəniş edəcəkdir. Məhkəmədən ona vaxt verilməsini xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs ödənilməli olan pul vəsaitini ödəmir. Məhkəmədən protokolun təmin edilməsini xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2457/2023 saylı,xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, birgə nikah dövründə əldə edilən “Mercedes Benz 612D” yük markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı və “Mercede Benz 240” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərində iddiaçı Zərərçəkmiş şəxs ½ hissədə pay hüququ tanınmış və həmin nəqliyyat vasitələrinin satışından əldə olunan 7500 manat və 2500 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, iş üzrə ödənilmiş 50 manat məbləğində mediasiya xərci, 50 manat məbləğində dövlət rüsumu və 100 manat məbləğində vəkil xərci, ümumilikdə 200 manat məbləğində vəsait cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq Az.MEM, VÖEN **********, X3, KOD 210005 vöen ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabina köçürülməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2457/2023 saylı,xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" ASC ilə Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23-Y-2-0-1822-21 nömrəli kredit müqaviləsi üzrə ödənilmiş 1824 manat məbləğində pulun ½ hissəsi, yəni 912 manatı Şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2457/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddia qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(006)-5140/2022 qətnaməsi ilə 24 iyul 2007-ci il təvəllüdlü X6 və 08 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, cavabdeh Şəxs 24 iyul 2007-ci il təvəllüdlü X5 və 08 oktyabr 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin alimentin tutulmasının hesablanması, iddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 60 manat pul vəsaitinin cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(012)-378/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-378/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver