Məhkəmə qərarları › İş №3(012)-38/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-38/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-38/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Şəxs MMC barəsində Nümayəndə1ndən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx.xx.2024-cü il tarixdə barəsində Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Nümayəndə1 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Protokola və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs MMC (VÖEN **********) 2020-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditin aparılmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Nümayəndə1 tərəfindən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Nümayəndə1 Uçot siyasəti şöbəsinin baş məsləhətçisi Nümayəndə2 məhkəmənin elektron sistemi vasitəsi ilə müraciət edərək bildirmişdir ki, Şəxs MMC (VÖEN **********) barəsində inzibati işə inzibati xəta tərkibi olmadığı üçün xitam verilməsini xahiş etmişdir. Belə ki, Şəxs MMC-nin 2022-ci il üzrə maliyyə hesabatlarının auditi “Modern Audit Service” M.M.C tərəfindən aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta törədən şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta törədən şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə1 nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta törədən şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 20 fevral 2024-cü il tarixli **********486400 nömrəli məktubu ilə təqdim olunmuş 2022-ci ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn açıq səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətləri barədə məlumatdan (siyahıdan) çıxarışdan görünür ki, Şəxs MMC-nin hazırki ünvanı AZ0118, ünvan 1si m 31 ünvanıdır. Nümayəndə1 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs MMC-yə ünvanlanmış məktubdan görünür ki, 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin 2023-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə Şəxs törətdiyi inzibati xəta barədə Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş “19” noyabr 2024-cü il tarixli MN № ******* nömrəli “İnzibati xəta haqqında Protokolun surəti göndərilmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs MMC barəsində Nümayəndə1 tərəfindən tərtib edilmiş tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.2-ci və 100.3-cü maddələrinə uyğun olaraq açıq və qapalı səhmdar cəmiyyətləri(mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. 13-cü maddəsinə əsasən sərbəst auditorların və auditor təşkilatlarının vəzifələri aşağıdakılardan ibarətdir: auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə hökmən riayət etmək; auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli həyata keçirmək; bu Qanunun 18-ci maddəsində göstərilmiş hallara görə auditin aparılmasında iştirakının qeyri-mümkünlüyü barədə dərhal sifarişçiyə (səlahiyyətli dövlət orqanına) xəbər vermək; sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunu yoxlamaq; auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uçotunun aparılması və hesabatların tərtibi ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə məlumat vermək; sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı (məhkəmə orqanlarının tələb etdiyi hallar və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təqdim olunmalı məlumatlar istisna olmaqla) məxfi saxlamaq; yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etmək; təsərrüfat subyektinin tələbi ilə ona auditin aparılmasına dair qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun rəyində olan irad və nəticələr üçün əsas olan normativ aktlar barəsində ətraflı məlumatlar vermək; qanunvericiliklə nəzərdə tutulmuş hallarda vergi hesabatına dair auditor rəyi vermək. sığortaçı ilə mülki məsuliyyətinin icbari sığortası müqaviləsini bağlamaq. Сinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etmək, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək. [15] 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. Sifarişçi auditorun öz peşə vəzifələrini tam və keyfiyyətlə yerinə yetirməsinə bütün lazımi şəraitin yaradılması üçün məsuliyyət daşıyır. Auditor öz müştərisindən, eləcə də bu işdə marağı olan hər hansı üçüncü şəxsdən asılı deyildir. Auditor və ya auditor təşkilatı tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsi auditor rəyinin təhvil-qəbul aktı ilə müəyyən olunur. Auditor rəyi müəyyən olunmuş forma əsasında tərtib edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixli məktubla hüquqi şəxsin əvvəlki ünvanı ünvan 1si m 31 ünvanına göndərilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Nümayəndə1 Uçot siyasəti şöbəsinin baş məsləhətçisi Nümayəndə2 məhkəmənin elektron sistemi vasitəsi ilə etdiyi müraciətinə əsasən Şəxs MMC-nin 2022-ci il üzrə maliyyə hesabatlarının auditi “Modern Audit Service” M.M.C tərəfindən auditi aparılmışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN 298364 nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 115maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 464-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN 298364 nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar