Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-382/2021 22.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə xx.xx.1983-cü il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan və toplanmış materiallardan görünür ki, o, 22.01.2021-ci il tarixdə gecə saatlarında X4 məxsus kənd təsərrüfatı məqsədilə istifadə olunan torpaq sahəsindən 50 manat dəyərində kənd təsərrüfatı alətlərini oğurlamaqla X4 maddi ziyan vurmuşdur. Bundan başqa o, 01.09.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus 80 manat nəğd pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmuşdur. Bundan başqa o, 10.09.2020-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Sulutəpə dairəsi ərazisində yaxınlaşaraq İsmayıllı rayonuna aparması üçün avtomobil ehtiyat hissəsi verərək ondan 45 manat pul alaraq gedəcəyi ünvanda verdiyi pulun gediş haqqı ilə birlikdə ona ödəniləcəyi adı ilə aldadıb həmin məbləği ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmuşdur. Bundan başqa o, 29.07.2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Hökməli dairəsi yaxınlığında yerləşən “Benzoil” YDM-ə müştəri qismində daxil olan “Kia” markalı, avtomobilin sürücüsü operatora yanacaq çəninə 50 manat dəyərində yanacaq doldurması üçün sifariş vermiş, sonuncu isə onun xahişini yerinə yetirmişdir. Lakin həmin sürücü 50 manat təşkil edən ödənişi etmədən operatoru aldadaraq sürüb oradan uzaqlaşmışdır. Bundan başqa o, 08.10.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs8 məxsus qarajdan 100 manat dəyərində məişət avadanlıqlarını oğurlayaraq Zərərçəkmiş şəxs8 maddi ziyan vurmuşdur. Bundan başqa o, 24.07.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Xocəsən dairəsindən Sulutəpə dairəsi istiqamətində yolun sağında Gürcüstan Respublikası vətəndaşları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 Murtazoviçin etibarından suiistifadə edərək onlara Gürcüstan Respublikasına avtomobil göndərəcəyini vəd edərək bu məqsədlə sənədləri qeydiyyatdan keçirmək adı ilə aldadaraq onların 430 manat pulunu ələ keçirib dələduzluq etməklə Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 maddi ziyan vurmuşdur. Bundan başqa o, 09.04.2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək sonuncunun 06 (altı) manat pulunu dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs7 maddi ziyan vurmuşdur. Bundan başqa o, 16.06.2020-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onu aldadaraq 190 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs4 maddi ziyan vurmuşdur. Bundan başqa o, 28.08.2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə dairəsində yerləşən taxta sexindən X5 məxsus 01 ədəd 400 manat dəyərində taxta dəzgahını oğurlamaqla X5 maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxslər Abşeron Rayon Polis İdarəsinin İTŞ-ın sahə rəisi, polis mayoru X3 izahatında göstərdi ki, Şəxs yuxarıda göstərilən talama əməllərini etmişdir. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, maddi imkanının zəif olması səbəbindən qeyd olunan inzibati xətanı törətdiyini və etdiyi əməldən peşman olduğunu, bir də belə halların baş verməsinə yol verməyəcəyini bildirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələblərinəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 20 fevral 2021-ci il tarixdən, saat 18:30-dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-382/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-382/2021
22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver