Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-383/2024 27.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib edən: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakı ilə xx.xx.1986-cı ildə Ağdam rayonunun Şelli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Ağdam rayonunun Şelli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərli protokolu müdafiə edərək bildirmişdir ki, Xocalı rayon məhkəməsinin 2(070)-223/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy rayon Məhkəməsinin 2(045)- 3267/2016 saylı, 27 dekabr 2016-cı il tarixli qiyabi qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq cavabdeh Şəxs hər ay hər uşağa 140 manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. Bundan başqa icraatda borclunun alimentin ödənilməsi ilə bağlı digər icra vərəqəsi də mövcuddur. Həmin icra vərəqəsi üzrə boclunun barəsində 14 mart 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmiş və həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Qanunvericiliyin tələbinə əsasən borclu tərəfindən son 01 il ərzində edilən ödənişlər əvvəlki borcuna yönəldilmişdir. Hazırki icra vərəqəsi üzrə borclu tərəfindən 900 manat ödənilmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olur və onun aylıq gəliri 500-600 manat təşkil edir. 2023-cü il mart ayından tələbkar tərəfindən ona verilən karta hissə-hissə 1700 manat ödəniş etmişdir. Hazırda ona verilmiş vaxt ərzində isə borcundan 900 manat pul ödəyə bilmişdir. O, qalıq qalmış borcunu ödəməkdən imtina etmir, növbəti aylar üçün isə borcundan hissə-hissə ödəniş edə biləcəyini bildirərək, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs borcundan 1000 manat məbləğində ödəniş edərsə ondan şikayətçi olmayacağını, qalan borcunun hissə-hissə ödənməsinə razı olacağını bildirmişdir. Növbəti keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xocalı rayon məhkəməsinin 2(070)-223/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy rayon Məhkəməsinin 2(045)-3267/2016 saylı, 27 dekabr 2016-cı il tarixli qiyabi qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq cavabdeh Şəxs hər ay hər uşağa 140 manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Abşeron rayon məhkəməsinin 8(012)-351/2023 saylı, xx.xx.2023-cü il tarixli icra qərardada əsasən xx.xx.1986-cı il tarixdə Ağdam rayonu, Şelli kəndində anadan olmuş, Ağdam rayonunun Şelli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan borclu Şəxs borc məbləği ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra qeydində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta törətmiş Şəxs yaranmış borcundan 900 manat ödəniş etməsi inzibati məsuliyyəti yüngülləşdirən hal olaraq müəyyən edilmiş, əməldə ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Şəxs hazırki icra vərəqəsi üzrə iş üzrə tələbkar Zərərçəkmiş şəxs ilə razılıq əldə edərək 900 manat ödəməsini, bundan başqa onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını və onun cəmiyyətdən təcrid etmədən islah etməyin mümkün olduğunu nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-383/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-383/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver