Məhkəmə qərarları › İş №3(012)-384/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-384/2021

02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-384/2021 02.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, X1nın iştirakı ilə X2 MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və yazılmış 400 manat cərimənin silinməsinə dair şikayətinə baxaraq, məhkəmə Müəyyən etdim : X3 şikayətlə məhkəməyə müraciət edərək, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və yazılmış 400 manat cərimənin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 11,02.2021-ci il tarixdə təxminən saat 22:10 radələrində rəfəqəliri ilə karantinin rejimini pozmamaq şərti ilə "Trin Trava" restoranında 6 rəfər olmaqla oturub çörək yeyirmişlər və orada canlı musiqi səsləndirməkdə idi. Bir müddət sonra restoranı tərk edən zaman qapının çıxışında bir polis nəfəri özünü təqdim etmədən onlara yaxınlaşmış və karantin rejimini pozduğunuza görə orada dayanmalı olduğunu bildirmişdir. Onlar qanuna riayət edərək dayanıb gözləmişlər. Heç bir əsas olmadan heç bir qanun pozuntusu barədə onlara məlumat verilmədən ad-familiyalarını soruşaraq onları buraxmışlar. Səhəri gün 39-cu polis bölməsinə yaxınlaşaraq protokolu istəsə də ala bilməmiş, 3 gün sonra ona protokolun surəti təqdim edilmişdir. O, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211ci maddəsinə əsasən 400 manat cərimə edilmişdir. O, dərhal 102-ə zəng edərək öz şikayətini bildirmiş və bu barədə araşdırma apararaq ona məlumat verilməsini xahiş etmişdir. Şikayətinə bu günədək baxılması barədə ona heç bir məlumat verilməyib, bundan başqa protokulu təqdim edilməsi belə qanun pozuntusu olaraq ona 3 gündən sonra təqdim edilmişdir. Hesab edir ki, o, Azərbaycan Respublikasının qanununu və ən əsas karantin rejimini heç bir şəkildə pozmamış və respublikada tətbiq edilmiş karantin rejimi üzrə vətəndaş kimi tam olaraq qaydalara riayət etmişdir, lakin dövlət məmuru olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı polis nəfəri ona etimad göstərildiyi etibar edilən vəzifəsindən sui istifadə edərək adi vətəndaşı əsassız olaraq cərimə etmişdir. Bildirir ki, hal hazırda heç bir yerdə işləmir və himayəsində bir övladı var. Hesab edirik, barəsində tərtib edilmiş xx.xx.2021 -ci il tarixli 1521 saylı MN-1025336 nömərli protokol və onun əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixii MN-1017351 nömərli inzibati xəta haqqında qərar qanunsuz və əsassızdır və əməlində inzibati xəta tərkibi olmaması əsası ilə qəbul edilmiş qərar əsasında yazılmış 400 manat cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş edir. Barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Bakı şəhər Səbail Rayonu 39-cu polis bölməsinə məhkəmə prosesinin yeri və vaxtı barədə bildiriş və sms vasitəsilə məlumat verilsə də, məhkəməyə gəlməmiş iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə barəsində şikayət verilən Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Bakı şəhər Səbail Rayonu 39-cu PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsini pozduğuna görə Azərbaycan Respublikası DİN Bakı şəhər Səbail Rayonu 39-cu PB-nin X3 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 211.1 Epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X2 şikayətində qeyd olunan hallar qərarın ləğv olunması üçün əsas ola bilməz, ona görə də şikayət əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın, verilmiş şikayət təmin edilməsin, Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar