Məhkəmə qərarları › İş №3(012)-384/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-384/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-384/2023 20.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1982-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında icra işi ilə birlikdə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsin 2(012)-426/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2014-cü il tarixindən başlayaraq 216 manat sabit pul məbləğində aliment, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2300/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixindən başlayaraq 320 manat sabit pul məbləğində aliment tutularaq Ağalarova (Əliyeva) Səkinə Mircəlal qızına, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)- 3003/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixindən başlayaraq 170 manat sabit pul məbləğində aliment və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6378/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixindən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü uşağın 3 yaşına çatana kimi hər ay 25 manat sabit pul məbləğində aliment tutularaq X1, Abşeron Rayon Məhkəməsin 2(012)- 4238/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 2996.45 manat UNİBANK KB ASC-yə və Abşeron Rayon Məhkəməsin 2(012)-2236/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 374 manat pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. İş üzrə borclu Şəxs barəsində olan hər altı qətnamə üzrə cəmi 22417 AZN olan borcu ödəməmiş bununla əlaqədar hər hansı üzürlü səbəb təqdim etməmişdir.Ona görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş olundu. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, Abşeron rayon Məhkəməsinin 2(012)-426/2015 saylı, xx.xx.2015-ci il tarixli və 2(012)-2300/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 22417 manat məbləğində borcu yaranmışdır. Əvvəllər Novxanı kəndində icra nümayəndəsi işləmişdir. işdən çıxdıqdan sonra yəni 2020-ci ildən sonra borcunu ödəyə bilməmişdir. Yeni ailə qurmuşdur, yoldaşı hamilədir. O, Yeni Bakı deyilən ərazidə aldığı evi keçmiş həyat yoldaşı Səkinə Ağalarovaya vermiş və razılaşmışlar ki, aliment verməyəcək. İndi bunları sübut edə bilmir. Hazırda taksi şoferi işləyir, kirayədə yaşayır. Maddi vəziyyəti ilə əlaqədar, həm də tələbkar uşaqlarla görüşməyə icazə vermədiklərinə görə indiyədək borcunu tam olaraq ödəyə bilməmişdir. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil məhkəmədən borclu barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş üzrə tələbkar X2 məhkəməyə teleqram vurmaqla borclunun borcunu qəpiyinə kimi ödəməsini tələb edir və məhkəmədə işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-426/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2014-cü il tarixindən başlayaraq 216 manat sabit pul məbləğində aliment, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2300/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixindən başlayaraq 320 manat sabit pul məbləğində aliment tutularaq Ağalarova (Əliyeva) Səkinə Mircəlal qızına, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-3003/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixindən başlayaraq 170 manat sabit pul məbləğində aliment və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6378/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixindən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü uşağın 3 yaşına çatana kimi hər ay 25 manat sabit pul məbləğində aliment tutularaq X1, Abşeron Rayon Məhkəməsin 2(012)-4238/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 2996.45 manat UNİBANK KB ASC-yə və Abşeron Rayon Məhkəməsinin 2(012)-2236/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 374 manat pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. İş üzrə borclu Şəxs barəsində olan hər altı qətnamə üzrə cəmi 22417 AZN olan borcu ödəməmiş bununla əlaqədar hər hansı üzürlü səbəb təqdim etməmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs mülkiyyətində heç bir daşınar və ya daşınmaz əmlak yoxdur. Məhkəmə İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, icraya yönəldilmişdir və hazırda da qüvvədədir. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, həm də borcun çox olmasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin İnzibati həbs etmənin əvvəli 20 fevral 2023-cü il saat 18:00 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis idarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on)gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar