Məhkəmə qərarları › İş №3(012)-385/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-385/2021

02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-385/2021 02.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə X2 və Abşeron Rayon polis mayoru X3 iştirakları ilə X2 TP seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə baxaraq, məhkəmə, Müəyyən etdim: X4 şikayətlə məhkəməyə müraciət edərək, TP seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx xxxxxx 2021 -ci il tarixdə saat 14:30-da idarə etdiyi Hyundai Sonata markalı, **-ND-*** dövlət nömrə nişanlı avtomobillə tanışı Ruslan da maşında olmaqla, Abşeron rayonu Xırdalan şəhəri, Nizami küçəsində 45-50 km sürətlə üzü “Sultan” şadlıq sarayı istiqamətində hərəkətdə olarkən uzaq məsafədən görmüş ki, qarşısında sağ tərəfdə yerləşən köməkçi yoldan sonradan adını bildiyi X7 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 6, 36, 37, 42-ci maddələrinin tələblərini pozaraq idarə etdiyi Fiat Doblo markalı, **-JT- *** dövlət qeydiyyat nişanlı avtomobillə gözləmədən yola çıxaraq aşağı sürətlə qarşıda yolun sağı ilə düzünə hərəkətini davam etdirdi. O, həmin avtomobillə arasında təxminən 20-30 metr məsafə qalanda sürətini azaldanda görmüş ki, o yola çıxıb düzünə hərəkət etdiyi eyni sürətlə yolun sağı ilə hərəkətini davam etdirir. Onun sürəti həmin vaxt təxminən 20 km saat olardı. Yolda ötmə əməliyyatı qadağan olmadığından və qarşı tərəfdən avtomobil gəlmədiyindən yol şəraitini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin tələbləri baxmımdan qiymətləndirib həmin avtomobil aşağı sürətlə yolun sağı ilə hərəkət etdiyindən onu ötməyin mümkün olduğunu düşünüb ötmə işğı siqnalını yandıraraq hərəkət sürətini 50 km saat sürətədək artırıb həmin avtomobili ötməyə başlamışdır. Onunla aralarında 3-4 metr məsafə qalmış X7 idarə etdiyi Fiat Doblo markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobillə heç bir işıq siqnalından istifadə etməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 6, 36, 37, 42-ci maddələrinin tələblərini pozaraq anidən sol tərəfdə yerləşən köməkçi yola girmək üçün sola döndü. O manevr qaydalarını pozduğundan avtomobilinin sağ künc hissəsi ilə həmin avtomobilin arxa sol təkər hissəsinə dəymişdir. Hadisədən sonra orada yerləşən mağazanın işçiləri də gəlib Babək Əlisoya işıq siqnalından istifadə etməyib onun anidən sola döndüyünü ona bildirdilər. Hadisə yerinə gələn polis əməkdaşları da yerində avtotexniki ekspertiza təyin etməyini tələb etməyinə baxmayaraq tələbinə məhəl qoymadan qanunsuz olaraq hadisənin baş verməsində onu günahkar çıxarmışlar. Buradan da aydın olur ki, həmin polis əməkdaşı heç özü də yol hərəkət qaydalarını yaxşı bilmir, ya da bilərəkdən bilmək istəmir. Hətta hadisə yerinə gələn sığorta şirkətinin nümayəndəsi də dedi ki, hadisədə təqsirkar tərəf o sayılmır. Abşeron rayonu DYPX-nə getdikdən sonra bildirdilər ki, yalnız onun haqqında protokol tərtib olunacaq və hadisənin sxemini onun ziyanına tərtib edib, məlumatları qəsdən təhrif edərək protokolu da ancaq onu adına yazmışlar. Hadisədən sonra avtomobilinə kifayət qədər yüksək məbləğdə ziyan dəydiyi halda, polis əməkdaşının qanunsuz qərarına görə həmin ziyanı özü qarşılamalı olduğunu bildirmişdir. Bildirir ki, polis mayoru X3 onun barəsində qəbul etdiyi qərar tamamilə qanunsuz və əsassızdır. Ona görə də şikayətin təmin olunması, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilən Abşeron Rayon polis mayoru X5 şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli protokola əsasən vətəndaş X4 xx.xx.2021-ci il tarixdə saat 14:30 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində Hyundai Sonata minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması müəyyən edimiş və onun barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən qərar qəbul olunmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Abşeron Rayon Polis İdarəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1 -ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X2 şikayəti təmin edilməli, TP seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli qərar ləğv edilməli və avtotexniki ekspertiza təyin edilməklə yenidən araşdırılması üçün qərarı qəbul edən Abşeron Rayon Polis İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldım : X2 şikayəti təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul olunmuş TP ******* nömrəli, xx.xx.2021-ci il tarixli qərar ləğv edilsin və yenidən araşdırılması üçün qərarı qəbul edən Abşeron Rayon Polis İdarəsinə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar