Məhkəmə qərarları › İş №3(012)-386/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-386/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-386/2024 29.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi ilə, X1 tərəfindən daxil olmuş şikayətə baxılmasına hazırlıq zamanı Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X1 barəsində tərtib edilmiş 23 fevral 2024-cü il tarixli qərarla bağlı şikayətə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan ərizəyə nəzər yetirərkən məlum olur ki, inzibati xəta barədə protokol 23 fevral 2024-cü il tarixdə baş vermiş, eyni tarixdə də qərar qəbul olunmuşdur. İş materiallarından göründüyü kimi, X1 barəsində şikayət verilən şəxsə aid məlumatları göstərməmiş, şikayət düzgün tərtib olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi, şikayət Azərbaycan Respublikasının İXMnin tələblərinə aid düzgün tərtib olunmamış, aidiyyatı üzə düzgün verlməmiş və barəsində şikayət verilən şəxsə aid məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi düzgün tərtib olunmadığı üçün X1 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 tərəfindən 23 fevral 2024-cü il, TP ******* saylı qərardan verilmiş şikayət geri qaytarılsın. X1 na qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar