Məhkəmə qərarları › İş №3(012)-387/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-387/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-387/2021 22.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİnin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı Cəfərov Cəfər Qəhrəman oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərd əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, P.Kəşimov küçəsində yaşayan Tel: ***-***-**-** Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı Cəfərov Cəfər Qəhrəman oğlu tərəfindən tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı X3 bildirdi ki, xx.xx.2020-ci il tarixdə X1, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı evdə olarkən gəlini Şəxs gəlib, uşaqlarını aparmaq istəyərkən onlar arasında mübahisə yaranmış, mübahisə zamanı Şəxs qaynanası Zərərçəkmiş şəxs qollarından tutub onu qəsdən döyərək sol yanaq, sol kürək altı, sol bazu və sağ said nahiyələrinə dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun qaynanasıdır. O, boşanması üçün Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, eyni zamanda onun əri Elnur Əliyev həbsdə olduğu üçün o, hazırda anası evinə yaşadığını və uşaqları qaynanası Nərminə ilə bir evdə Mehdiabad qəsəbəsində yaşayırlar. xx.xx.2020-ci il tarixdə uşaqlarını qaynanası Nərminədən almaq üçün Mehdiabad qəsəbəsində onun yaşadığı evə getmiş və uşaqları ona vermədiyi üçün Nərminənin qolundan tutub itələsə də, onu döymədiyini bildirmişdir. O, etdiyi hərəkətdən səmimi peşmandır. Məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1961 nömrəli rəyindən görünür ki, 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət-sol yanaq, sol kürək altı, sol bazu və sağ said nahiyələrinin qançırları-bərk küt əşya təsirindən törənmişdir; müddəti müayinədən bir günə qədər vaxta uyğun gəlir; sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxslərin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs əməlini yüngülləşdirn və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar