Məhkəmə qərarları › İş №3(012)-387/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-387/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-387/2024 29.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi ilə, X2 tərəfindən daxil olmuş şikayətə baxılmasına hazırlıq zamanı Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 barəsində tərtib edilmiş qərarla bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan ərizəyə nəzər yetirərkən məlum olur ki, inzibati qərardan şikayət aidiyyatı üzrə düzgün verilməmişdir. İş materiallarından göründüyü kimi, X2 barəsində qəbul edilmiş qərarda qeyd edilən inzibati xəta şirkətin olduğu yer, yəni Bakı şəhəri Səbail rayonu ərazisində törədilmişdir Həm də iş materiallarında görünür ki, inzibati xətanın olduğu yer Bakı şəhəri Səbail rayonu inzibati ərazi dairəsinə aid deyildir. Bununla belə artıq qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsi inzibati xəta haqqında qəbul edilmiş qərardan şikayət və ya protest verən şəxslərin dairəsini dəqiq müəyyən edir. Belə ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin həmin Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərardan X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalı qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən 29 oktyabr 2023-cü il tarixli, EQ 17747834 saylı qərardan verilmiş şikayət geri qaytarılsın. X1 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar