Məhkəmə qərarları › İş №3(012)-389/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-389/2020

11.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-389/2020 11.03.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ xx xxxx 2020-ci il Xırdalan şəhəri Nəcəfova Şövkət Hüseyn qıznın sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs X5 və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraataparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkil X8 iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,orta təhsilli,işsiz, Ağcabədi rayonu, Minəxorlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Bakıxanov qəsəbəsi ünvanında kirayə yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X9 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X9 bildirdi ki, xx.xx.2020-ci il tarixdə X12 ilə X4 və onun qardaşı Şəxs arasında, Mehdiabad qəsəbəsi ərazisində yerləşən kənd təsərüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparması ilə bağlı sözlə mübahisə yaranmış və bu mübahisə zamanı Umudvar Qəhrəmanov və qardaşı Şəxs X10 qəsdən döyərək bədənin müxtəlif nahiyələrinə zərbələr endirərək, nəticədə ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasındadindirilmiş Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, evi olmadığı üçün qardaşı X1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin yaxınlığında 0,4 ha təsərrüfat təyinatlı torpaq sahəsi almışdır. xx.xx.2020-ci il tarixdə həmin torpaq sahəsində qardaşı X4 ilə birlikdə tikinti işləri apararkən oraya Cəfər adlı şəxs gəlib özünü Abşeron rayonu, İH-nin işçisi kimi təqdim edərək tikinti aparılmasına müvafiq icazənin alınmasına görə onlardan 5000 (beş min) manat pul tələb etsə də, onunla razılaşmamışlar. xx.xx.2020-ci il tarixdə həmin torpaq sahəsində inşa etdikləri hasarın və darvazanın uçurulduğunu görüb Cəfər adlı şəxs tərəfindən uçurulmasından şübhələnmiş və dərhal bu barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə o, qardaşı X4 ilə həmin torpaq sahəsində olduqları zaman Cəfər adlı şəxs yenidən onlara yaxınlaşmış, ondan hasarın və darvazanın uçurmasının səbəbini soruşduqda aralarında sözlə mübahisə yaranmışdır. Lakin, Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraataparılan şəxs Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil bürosunun vəkili X13 hüquqlarını müdafiə etdiyi şəxsin barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasındadindirilmiş zərərçəkmiş şəxs X12 izahatında bildirdi ki, 2016-cı ildən Abşeron rayonu, Mehdiabad bələdiyyəsində tikintiyə nəzarət şöbəsində mühəndis vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində əsassız tikinti işləri aparıldığını müəyyən etmiş, orada olan şəxslərə yaxınlaşıb özünü təqdim edərək orada olan şəxslərə tikintiyə icazə verilməsi üçün hər hansı bir müvafiq sənədlərinin olub-olmaması barədə soruşduqda, tikinti işləri aparan Umudvar adlı şəxs torpaq sahəsinin qardaşı Cəsarətə məxsus olduğunu bildirmiş və kənd təsərrüfat təyinatlı torpaq sahəsinin çıxarışını ona təqdim etmişdir. Bundan sonra o, həmin şəxslərə kənd təsərrüfat təyinatlı torpaq sahəsində qanunsuz olaraq tikinti apardıqlarını, həmin torpaq sahəsindən yalnız əkin sahəsi kimi istifadə edə biləcəklərini bildirmişdir. xx.xx.2020-ci il tarixdə o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində həmin tikintiyə yaxın yerdə piyada olduğu zaman Cəsarət və onun qardaşı Umudvar adlı şəxs onu görüb ünvanına nalayiq ifadələr işlədərək, hər iki qardaş onun bədəninin müxtəlif nahiyələrinə yumruq və əl zərbələri ilə vurmuşlar. Yaranmış dava-dalaş 4-5 dəqiqə davam etmiş, həmin vaxt ətrafda başqa şəxslər olmamış və o, qarşı tərəfə hər hansı bir formada müvavimət göstərməmişdir. O, izahatının sonunda barəsində inzibati xəta haqqında iş üzrə icraataparılan şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X5 müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X6Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, X7 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 317 saylı rəyindən görünür ki, 1962-ci il təvəllüdlü X5 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət- üst dodaq nahiyəsinin orta hissəsinin selikli qişasının səthi əzilmiş yarası bərk-küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiriişdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə eyni zamanda hesab edir ki, inzibati xəta haqqında icraat aparılan şəxsŞəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməməsini özünü müdafiə xarakteri daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim :Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar