Məhkəmə qərarları › İş №3(012)-389/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-389/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-389/2021 22.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Zərərçəkmiş şəxs, Abşeron rayon polis idarəsinin Mehdiabad Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı sahə rəisi polis kapitanı X2, inzibati xəta törətmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsi, Şəki şəhəri, Yunuslar küçəsində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmişdir. Buna görə Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis idarəsinin sahə rəisi polis kapitanı X4 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə qonşusu X1 həyətində olarkən azyaşlı oğlu olan X5 qışqırıq səsini eşidib küçəyə çıxmışdır. Bu zaman küçədə Şəxs oğlu Uğurun boğazından əli ilə tutub sıxdığını və Səadətin yoldaşı olan X6 isə təpiklə vuraraq yerə yıxdığını görmüşdür. Mübahisə zamanı Əsgər Şəxs sifətinə və bədəninin müxtəlif nahiyələrinə sillə ilə, əlindəki bel ilə isə Əyyub Tağıyevin başına iki dəfə zərbə vurmuşdur. Bununla bağlı Zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Şəxs qızının əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTB-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində qızı Nübarı qarşılamaq üçün əri Əyyubla birlikdə evin həyətindən küçəyə çıxmış, həmin vaxtı bir azyaşlı uşağın əlindəki lapatka ilə torpağı yerdən qaldırıb göyə atdığını görmüşdür. Həmin uşağa iradını bildirərək bir az yavaş olmasını bildirmişdir. Bu zaman uşağın atası olan Əsgər lapatkanı uşağın əlindən alaraq torpağı təkrar göyə atmışdır. Səadətin yoldaşı Əyyub həmin şəxsə bir az yavaş olmasını, tozun gözünə dolduğunu dedikdə Əsgər “get işinlə məşğul ol” sözlərini demişdir. Yoldaşı Eyyub sonuncudan nə dediyini soruşduqda Əsgər təkrar ərinə eyni sözləri deyərək əlindəki lapatka ilə onun başına zərbə vurmuşdur. Zərbə nəticəsində Əyyubun başı qanamışdır. Buna görə də Səadət “qudurmusanmı” sözlərini demişdir. Əsgər isə şillə ilə onun sifətinə və başına bir neçə dəfə zərbə vurmuşdur. Onun səsinə Valeh gəlmiş və Əsgəri sakitləşdirərək evə aparmışdır. Hadisə vaxtı Səadət azyaşlı uşağı və Əsgəri döyməmiş, onlara xəsarət yetirməmişdir. Sadəcə iradını bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində azyaşlı oğlu Uğura evin qarşısında olan asfalt qırıntılarını təmizləməsi üçün həyətdən lapatka vermişdir. Özü qonşuluqda yaşayan Valehgilin həyətində söhbət edərkən oğlunun çığırtı səslərini eşitmişdir. Bu zaman həyətdən dərhal çıxıb oğlunun yanına gedərkən qonşuluqda yaşayan Səadət adlı xanımın oğlunun boğazından əli ilə tutub sıxdığını, eyni anda yoldaşı olan Əyyubun da təpiklə vuraraq yerə yıxdığını görmüşdür. Əsgər onlara yaxınlaşaraq Əyyubu geri itələmiş, oğlunu yerdən qaldırmışdır. Əyyub Əsgərin üstünə gələrək yumruq atmış, sonuncu da onun sifət və baş nahiyyəsinə yumruqla bir neçə dəfə zərbə vurmuşdur. O, Əyyubu lapatka ilə vurmamış, əksinə lapatka Səadətdə olmuşdur. Səadət mübahisə zamanı lapatka ilə Əsgəri vurmaq istəyərkən bilmədən yoldaşını vurmuşdur. Mubahisə zamanı onu Əyyubdan başqa heç kim vurmamışdır. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1951 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ yanaq nahiyəsinin qançırı, ağız boşluğunun selikli qişasının əzilmiş yarası bərk küt əşyanın təsirindən törənmişdir. Dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1953 saylı rəyindən görünür ki, Şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol said və sol mil-bilək oynağı nahiyyələrinin yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın təsirindən törənmişdir. Dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması zərərçəkmişin izahatı, cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərar, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs qızı barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs qızının törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (dörd yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Şəki rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar