Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-39/2024 29.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, qərardan şikayət vermiş X2, onun nümatəndəsi və vəkili Vəkil, qərarından şikayət verilən orqan Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşı X3 iştirakları ilə X2 Abşeron RPİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron RPİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 xx.xx.2023-cü il tarixdə, saat təxminən 17:30 radələrində Abşeron rayonunun ərazisində Saray-Novxanı avtomobil yolu ilə mülkiyyətində olan "KİA SORENTO" minik markalı, ** LD *** dövlət qeydiyat nişanlı avtomobili ilə 60-70 km/saat sürətlə hərəkətdə olarkən, əks istiqamətdə hərəkətdə olan "Mersedes" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil, əks hərəkət yolunu ayıran düz qoşa ağ xətti keçərək onun hərəkət yoluna daxil olaraq avtomobilinin sol tərəfi ilə onun avtomobilinin sol tərəfini vurmuş, nəticədə onun avtomobilinin sol təkəri oxundan sınaraq idarəedilməz vəziyyətə düşmüş, o da avtomobili idarə edə bilmədiyinə görə 2 avtomobillə toqquşmuş, onun avtomobilini vuran həmin avtomobil isə əlavə olaraq 1 avtomobillə toqquşmuşdur. Sonradan adının və soyadının Kənan Müzəffərli olduğunu bildiyi sürücünün yol hərəkəti qaydalarını pozması nəticəsində 5 avtomobil əzilərək sıradan çıxmışdır. "AKAY AUTO" qiymətləndirmə şirkətinin verdiyi arayışa əsasən onun avtomobilinə 8355,00 (səkkiz min üç yüz əlli beş) manat ziyan dəymişdir. Həmçinin, digər 4 avtomobilədə küllü miqdarda ziyan dəymişdir. Yol-nəqiliyyat hadisəsi Abşeron rayonu ərazisində baş verdiyindən, həmin inzibati xəta haqında iş üzrə araşdırma Abşeron rayon polis idarəsinin dövlət yol polisi şöbəsində aparılmışdır. Baş vermiş yol-nəqiliyyat hadisəsinin nəticələrini bilmək üçün Anar Lətifov dəfələrlə Abşeron rayon polis idarəsinin dövlət yol polisi şöbəsinə getsə də, hər dəfə bir bəhanə gətirərəkona düzgün cavab verməmişdirlər. Baş vermiş yol-nəqiliyyat hadisəsinin nəticələrinə dair obyektiv qərar qəbul edilməsi üçün, hadisə baş verən yerdə yerləşən 'Təhlükəsiz şəhər” kameralarından görüntülərin götürülməsini dəfələrlə xahiş etməsinə baxmayaraq, araşdırma aparan orqan qərəzli şəkildə həmin görüntüləri götürməmişdir. Həmçinin, onu da qeyd edir ki, hadisədən dərhal sonra onun tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınmış, yol-nəqiliyyat hadisəsinin baş verdiyi yeri və əzilmiş avtomobilləri özündə əks etdirən bir ədəd video görüntünü təqdim etsə də araşdırma aparan orqan həmin video görüntünü ondan qəbul etməmişdir. xx.xx.2023-cü il tarixdə Anar Lətifov yenidən Abşeron rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə gedərək araşdırmanın nəticəsi ilə maraqlanmış, həmin şöbənin əməkdaşı X6 ona şifahi olaraq bildirmişdir ki, "hər ikinizə qarşılıqlı təqsir verilib, ona görədə hər ikinizə də inzibati tənbeh tədbiri tətbiq ediləcək". O isə "mən avtomobilimlə öz hərəkət yolumda olmuşam, heç bir qayda pozmamışam, əksinə "Mersedes" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomil əks yola çıxaraq mənim avtomobilimi vurmuşdur" deyə dövlət yol polisi əməkdaşı Seymur Nəbiyevə cavab vermişdir. Seymur Nəbiyev iş üzrə yol-nəqiliyyat hadisəsi üzrəekspertiza keçirilmiş olmasını və hər ikisində təqsir olmasını vurğulamışdır. Seymur Nəbiyev heç bir sənədə imza etdirmədən onun barəsində tənbeh tədbiri tətbiq edilməsinə dair TP ******* saylı qərarı Anar Lətifova təqdim etmiş, sonuncu həmin qərarla razılaşmayaraq, ləğv edilməsi üçün xx.xx.2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin Dövlət X10 və AR DİN Baş Dövlət Yol Polisinə şikayət ərizəsi ilə müraciyyət etmişdir. Həmin şikayət üzrə heç bir araşdırma aparılmadan AR DİN Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 59/ƏL-147480 saylı məktubla xx.xx.2023-cü il tarixli, TP-6027522 saylı qərar qüvvədə saxlanılmışdır. Həmin qərar qanunsuz və əsasızdır, ləğv edilməlidir və bu qanununsuz qərarın qəbul edilmə səbəbləri artıq ona məlumdur. Beləki, yol- nəqiliyyat hadisəsini törətmiş və bir başa təqsirli olan şəxs "Mersedes" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomilin sürücüsü Kənan Müzəffərli Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin polis kapitanı rütbəsində olan əməkdaşıdır. Anar Lətifov şəxsən onun qəbulunda olmuş və onun avtomobilinin düzəldilməsinə köməklik etməsini xahiş etmişdir. Kənan Müzəffərli isə ona heç bir köməklik etməyəcəyini, bu işin ekspert rəyi ilə həll edildiyini bildirmişdir. Kənan Müzəffərli Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olduğuna görə Abşeron polis idarəsinin dövlət yol polisi şöbəsi ilə - qanunsuz əlaqəyə girərək, hadisə mexanizmini dəyişmiş və saxta mexanizm yaradaraq ekspertiza keçirib qarşılıqlı təqsir barədə saxta ekspert rəyi alınmışdır. Əgər obyektiv araşdırma getsəydi hadisə mexanizmi dəyişdiriməzdi, hadisənin baş verdiyi yerdə olan şəhər təhlükəsizlik kamerası açılardı, hadisəni özündə əks etdirənvə onun tərəfindən təqdim edilən videogörüntü Abşeron rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin əməkdaşı Seymur Nəbiyev tərəfindən qəbul edilərdi və nəticədə obyektiv qərar qəbul edilərdi. Yolnəqiliyyat hadisəsi zamanı 5 avtomobil zədələnmiş, hər bir avtomobilin sahibləri tərəfindən izahatlar alınmış, izahatı alınmış 5 nəfərdən heç biri "Mersedes" markalı, **- RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks zolağa çıxdığı andan toqquşma baş verənədək neçə saniyə keçməsi barədə heç bir məlumat vermədiyi halda, araşdırma aparan orqan saxta rəy almasına nail olmaq üçün təhlükə anının davam etməsi müddəti barədə saxta, araşdırma materiallarına əsaslanmayan 5-6 saniyəni xx.xx.2023-cü il tarixli "Ekspertiza təyin edilməsi barədə" qərarda göstərmişdir. Avtomobilimin surəti barədə izahatında heç bir məlumat göstərmədiyi halda, "Ekspertiza təyin edilməsi barədə" qərarda onun avtomobilinin surəti 50-60 km/saat göstərilmişdir. Halbu ki, onun avtomobilimin surəti 60-70 k/m saat aralığında olmuşdur. Onu sürücü kimi, "Ara məsafəsi saxlamamaqda" təqsirli hesab etmişdilər. Halbu ki, o, öz hərəkət istiqamətində heç bir nəqiliyyat vasitəsinə mane olmadan hərəkətini davam etmişdir. Qeyd etdiyi kimi, əsl həqiqət ondan ibarətdir ki, Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşları öz vəzifələrindən sui-istifadə edərək, paqon yoldaşları olan Kənan Müzəfərlinin açıq-aşkarqanunsuz hərəkətlərini ört-basdır etmişlər. Əslində kifayət qədər yüksək post tutan polis kapitanı Kənan Müzəffərlinin 5 avtomobilin əzilməsinə səbəb olan kifayət qədər ağır yolnəqiliyyat hadisəsi törətməsini, onun xidmət yoldaşları yox, prokurorluq orqanları tərəfindən araşdırılmalı idi. Kənan Müzəffərlinin izahatında göstıərilir ki, onun surəti 30-40 km/saat olub. Əgər həmin avtomobilin surəti 30-40 km/saat olsaydı, onun avtomobili idarəedilməz vəziyyətə düşməzdi, şinləri idarə edən sükan oxu qırılmazdı, avtomobilinə 8355,00 (səkkiz min üç yüz əlli beş) manat ziyan dəyməzdi, əlavə olaraq 3 avtomobililədə toqquşma baş verməzdi. Həmçinin, Kənan Müzəffərlinin izahatında göstərilir ki, "Əks istiqamətdə avtomobil gəldiyini görmüş, xeyli məsafə olduğu üçün düşünmüşdür ki, həmin avtomobilin sürücüsü öz hərəkət istiqamətində sağ cərgəyə keçib ona yol verər, ancaq düşündüyü kimi olmamış, əks hərəkət yoluna çıxdığı yerdən təxminən 35-40 metr getdikdən sonra həmin avtomobil ilə toqquşmuşdur". Kənan Müzəffərli yalan izahat vermişdir. Beləki, hadisə yerinə 25-30 metr qalmış "Mersedes" markalı, **-RF-*** dövlətqeydiyyat nişanlı avtomobil sürətlə əks zolağa çıxaraq onun avtomobilnimin sol qabaq təkəri hissəsindən vuraraq şinləri idarə edən sükan oxunu qırmış, onun avtomobilini idarəetməz vəziyyətə salmışdır. Hadisə ani olduğundan, hadisədən yayınmaq mümkün deyildir. Eyni zamanda onu da bildiriк ki, hadisə baş verən zaman hərəkət istiqamətində sıxlıq idi, onun avtomobilinin sağında, qarşısında və arxasında avtomobillər hərəkət edirdi. Bundan başqa, əks zolağa çıxaraq 5 avtomobilin zədələnməsində təqsirli olan X1 məsuliyyətini azaltmaq məqsədi ilə, onu təqsirli etmək üçün onun əlehinə Kənan Müzəffərlinin izahatında yalan məlumatlar otuzdurmuşdular. Kənan Müzəfərlinin izahatında olan məlumatları dəqiqləşdirmək üçün ona və digər 3 nəfər şəxsə heç bir suallar verilməmiş, şifahi və ya yazılı araşdırma aparılmamış, yalnız Kənan Müzəfərlinin mənafeyinə uyğun hadisə mexanizmi uydurulmuş, yalan hadisə yerinin sxemplanı tərtib edilmiş, ekspertiza keçrilməsi haqqında qərara yalan məlumatlar otuzdurulmuş və saxta rəyin alınmasına nail olmuşdular. Halbuki, hadisə yerinə 20-25 metr qalmış, "Mersedes" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə əks zolağa çıxaraq onun avtomobilinin sol qabaq təkəri hissəsindən vuraraq şinləri idarə edən sükan oxunu qırmış, onun avtomobilini idarəetməz vəziyyətə salmışdır. Hadisə ani olduğundan, hadisədən yayınmaq mümkün deyildir. Obyektivlik naminə qeyd etmək istəyir ki, Kənan Müzəffərlinin avtomobilinin hansı sürətlə onun hərəkət zolağına daxil olduğunu dəqiqliklə deyə bilməz. Amma, bir şeyi dəqiq deyə bilər ki, Kənan Müzəffərlinin avtomobilinin surəti onun avtomobilinin surətindən aşağı olmamışdır. Kənan Müzəffərlinin idarə etdiyiavtomobilin onun hərəkət zolağına çıxması ilə toqquşmanın baş verməsi arasında maksimum 1-1,5 saniyə aralığında vaxt keçmişdir. Fikrincə, məhs bu səbəbndəndə nə Kənan Müzəffərli, nə də o, vaxt çatdırıb tormuzlama apara bilməmiş və bu səbəbdəndə hadisə yerində tormoz izləri aşkar edilməmişdir. Reallıqda hadisə bu şəraitdə baş vermişdir. Lakin, Kənan Müzəffərlinin polis kapitanı rütbəsi ona imkan yaratmışdır ki, araşdırma aparan paqon yoldaşları ilə əlbir olaraq, hadisə mexanizmini öz xeyrinə saxtalaşdırsın. Bu iş üzrə bütün həqiqətlər yalnız bundan ibarətdir. Ona görə də şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 və onun nümatəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşı X6 şikayətin əsassız olduğunu qeyd edərək bildirmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunan ekspert rəyinə əsasən A.Lətifovun idarə etdiyi KİA Sorento markalı avtomobillə hərəkətdə olarkən əks istiqamətdən gələn "Mersedes" markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma yerinə 34,8-48,7-38,4-55,1 metr məsafə qalmış dayandırmağa texniki imkanı olmuş və sağdan 1-ci hərəkət zolağının boş olması nəzərə alınmaqla, göstərilən vəziyyətdə sürücü Lətifovun sağdan 2-ci zolaqla idarə etdiyi avtomobili sağdan 1-ci zolağa çıxarmaqla hərəkətini davam etdirməyə imkanı olmuşdur. Beləliklə, KİA Sorento markalı 99LD306 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Abşeron Rayon Polis idarəsinin DYPŞ tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşı polis mayoru X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 26sentyabr 2023cü il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X5 03 sentyabr 2023-cü il tarixdə, saat 17:30-da Saray-Novanı yolunda “KİA SORENTO” minik markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Abşeron Rayon Polis İdarəsinin 07 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, yol nəqliyyat hadisəsi üzrə aparılan araşdırmadan narazı qalması səbəbindən X2 ünvanlanmış müraciətinə baxılmış və törədilmiş inzibati xətanın aşkar olunması və sənədləşdirilməsində hüquqazidd hərəkətlərə yol verilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 sentyabr 2003-cü il tarixli, 8-2847 saylı ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz S350” markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərində uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Kia Sorento” markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü-X2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Şikayət ərizəsinə əlavə edilmiş videogörüntülərdən görünür ki, "KİA SORENTO" minik markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilin işıqforun yaşıl işığı yandıqdan sonra sağdan 2-ci zolaqla hərəkətə başlaması və hərəkətdə olduğu zolaqda MERCEDES markalı avtomobil ilə toqquşması müəyyən olunur. Abşeron Rayon Məhkəməsinin 3(012)-39/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, şikayəti təmin edilmiş, Abşeron Rayon Polis İdarəsinin DYPŞ tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 3(012)-39/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmuş və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilibedilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 49-cu maddəsinə əsasən, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 xx.xx.2023-cü il tarixdə "KİA SORENTO" minik markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ara məsafəsi saxlamdığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, sözügedən protokol əsasında isə inzibati qaydada cərimə edilmişdir. Eyni zamanda X5 xx.xx.2023-cü il tarixdə "KİA SORENTO" minik markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu yolun sağdan 2ci zolaqla (sol yəni 1-ci zolaq boş olduğu halda) hərəkətini davam etdirməsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 49-cu maddəsinin tələblərini pozmuşdur. Qeyd edilənlər iş materiallarında olan inzibati xəta haqqında protokol, inzibati xəta haqqında qərar, hadisə anını əks etdirən videogörüntülərin olduğu disk və iş materiallarında olan digər sənədlərlə təsdiq olunur. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə olan halda aydın olur ki, şikayətin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qayda pozuntusuna yol verilmədiyinə dair dəlilləri əsassızdır. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 Abşeron RPİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-39/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-39/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver