Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-394/2021 02.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X14 katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 Azərbaycan Respublikası DİN Yasamal rayon Pİ DYPŞ polis polkovnik leytenantı X6 tərtib etdiyi 23.01.2020-ci il tarixli, TP- 3465106 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə 02 iyul 2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Yasamal rayon Pİ DYPŞ polis polkovnik leytenantı X6 tərtib etdiyi 23.01.2020-ci il tarixli, TP-3465106 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Yasamal rayon Pİ DYPŞ polis polkovnik leytenantı X6 tərtib etdiyi 23.01.2020-ci il tarixli, TP-3465106 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, AR İXM-nin 327.2 maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. Həmin protokol və onun əsasında apalımış inziabti xəta haqqında işinə dair qəbul edilmiş qərarla razı-deyildir. Belə ki, 18.06.2019-cu il tarixdə idarə etdiyi "Qaz 33021“ yük markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri. Yasamal rayonu Ə. Salamzadə küçəsi ilə hərəkətdə olarkən X8 idarə etdiyi "Hyundai Sonata" minik markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə Yasamal RPİ DYPŞ-nin YNHÜ X9 gəlmiş və sənədlərini alaraq hadisə yerinə baxış keçirib fotoşəkillər çəkmiş və Yasamal RPİ DYPŞ-ə yaxınlaşmağını bildirmişdir. Yasamal RPİ DYPŞ araşdırılan zaman yol nəqliyyat hadisəsində "Hyundai Sonata“ markalı nəqliyyat vasitəsinin sürücüsünün əməlində YHHQ-nun 75-ci maddəsinin tələbinin pozulması öz təsdiqini tapmışdır. X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə müvafiq olaraq İnzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hadisədən bir ildən artıq müddət keçdikdən sonra Abşeron Rayon İcra Şöbəsindən mobil telefonuna gələn məlumat əsasında ona məlum olmuşdur ki. X10 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar Sabunçu RM qərarı ilə ləğv olunaraq iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Bundan sonra səlahiyyətli orqan Yasamal RPİ DYPŞ-nin Y N H Ü inspektoru polis kapitanı X11 tərəfindən barəsində qanunsuz olaraq protokol tərtib olunmuşdur. Həmin protokolu əsas gətirərək X10 mülki qaydada məhkəməyə müraciət edərək nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın tutulması barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. O, qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası DİN Yasamal rayon Pİ DYPŞ polis polkovnik leytenantı X6 tərtib etdiyi 23.01.2020-ci il tarixli, TP-3465106 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. X1, Bakı şəhər X22 Xidmətinin inspektoru, polis kiçik serjantı X12 məhkəmə iclası barədə lazımı qaydada məlumat verilsədə, o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan məhkəmənin sorğusu əsasında tələb edilib nəzərdən keçirilən materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki inzibati işin materiallarında olan qərardan görünür ki, X7 barəsində tərtib olunmuş Azərbaycan Respublikası DİN Yasamal rayon Pİ DYPŞ polis polkovnik leytenantı X6 tərtib etdiyi 23.01.2020-ci il tarixli, TP-3465106 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə şikayətin obyektiv araşdırılması naminə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən inzibati xətanın baş verdiyi tarix üzrə qeydə alınan videomüşahidə görüntülərini və qərarın tərtib olunmasına əsas olan sənədlərin məhkəməyə təqdim olunmasını xahiş etmiş, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin sorğuya cavabında isə ”Təhlükəsiz şəhər” kameraları vasitəsi ilə qeydə alınmış görüntülərin yaddaş diskində arxivləşmə müddətinin bitməsi səbəbindən həmin məlumatın əldə edilməsinin mümkün olmadığı göstərilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 24.10.2020-ci il Nəqliyyat Agentliyinin yaxınlığındakı dairəvi yolda avtomaşınla hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinə pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, , ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Yuxarıdakılara əsasən hesab edirəm ki, X7 haqlı olaraq səlahiyyətli orqan tərəfindən düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X7 tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası DİN Yasamal rayon Pİ DYPŞ polis polkovnik leytenantı X6 tərtib etdiyi 23.01.2020ci il tarixli, TP-3465106 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 Azərbaycan Respublikası DİN Yasamal rayon Pİ DYPŞ polis polkovnik leytenantı X6 tərtib etdiyi 23.01.2020-ci il tarixli, TP-3465106 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-394/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-394/2021
02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver