Məhkəmə qərarları › İş №3(012)-394/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-394/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-394/2024 08.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının oğlunun sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqanın etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 328.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 26 sentyabr 2023-cü il tarixli, EQ seriyalı, 17115476 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 328.3-cümaddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2023-cü il tarixli, EQ seriyalı, 17115476 nömrəli qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, onun barəsində xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə 26 sentyabr 2023-cü il tarixli EQ seriyalı 17115476 saylı qərar qəbul edilmişdir. O, 26 sentyabr 2023-cü il tarixli EQ seriyalı 17115476 saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Qərarın surətini o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə müraciət etdikdən sonra, yəni xx.xx.2023-cü il tarixində almışdır. O zamana kimi ona təqdim olunmalı olduğu halda inzibati xəta haqqında qərar rəsmi qaydada poçt qaydasında göndərilməmişdir. Bildirmək istəyir ki, barəsində qəbul edilən qərar tam qanunsuzdur və o, özünü qərarda öz əksini tapan həmin maddə ilə təqsirli bilmir. Belə ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş 6.14 "İnformasiya stendi" servis nişanı quraşdırılmayıb. 3.24 nişanı isə "l-patrul" sisteminin onu çəkdiyi yerdən sonra quraşdırılmışdır. Həmçinin İXM-nin 81-ci maddəsinin 1-ci bəndində göstərilmişdir ki, müvafiq sertifikatı olan və metroloji sınaqdan çıxmış (keçmiş) ölçü cihazları xüsusi texniki vasitələr sayılır və əgər xüsusi texniki vasitədən istifadə olunmuşdursa, həmin vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar protokolda qeyd olunmalıdır. Burdan da göründüyü kimi qərar tamamilə qanunsuz olaraq qəbul olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Bundan əlavə o, həm qərarın ona təqdim edilməsi və barəsində qəbul edilmiş qərarın araşdırılması üçün Baş X12 İdarəsinə müraciət etmişdir. Baş X11 İdarəsi isə müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş hal foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmişdir. Müraciətində qeyd olunan hallara münasibət bildirilməmişdir. Həmçinin məktubda bildirilmişdir ki, araşdrıma zamanı qeyd olunmuş əraziyə, xüsusi texniki vasitənin qeydə aldığı videogörüntülərə baxış keçirilmiş, inzibati xətaya yol verilməsi halı təsdiq edilmişdir. Bildirir ki, bu sözlər heç bir sübut xarakteri daşımır. Burdan da məlum olur ki, Azərbaycan Respublikası Baş X12 İdarəsi tərəfindən müraciətində qeyd olunan hallar üzrə heç bir araşdırma aparılmamışdır. Halbuki, bi vətəndaş kimi, hansı əsasla cərimə olunmağını, və bunu nə ilə sübut olunduğunu bilmək onun hüququdur. Belə çıxır ki, polis əməkdaşları öz üstün mövqelərindən istifadə edərək istədikləri şəxsi ittiham edə və cərimə edə bilər. Məhz bu halın qarşısının alınması üçün qanunvericilik inzibati xətanın törədilməsini sübut etmək vəzifəsini bu barədə qərar qəbul etmiş şəxsin üzərinə qoymuşdur. Buna görə də indiki halda 26 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında qərar qəbul etmiş orqanın qərarın qəbulu üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə tərtib edilmiş 26 sentyabr 2023-cü il tarixli EQ 17115476 saylı qərarın ləğv edilməsi və İXM-in 328.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqanın etibarnamə üzrə nümayəndəsi X7 şikayətə etiraz edərək izahatında göstərmişdir ki, 26 sentyabr 2023-cü il tarixli, Lada markalı 55- BS-487 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun 22-ci km-də müəyyən olunmuş 60 km /saat hərəkət sürətinin 42 km/saat həddində aşılması halı Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinin tələbinə uyğun olaraq foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş real vaxt rejimində Baş X11 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında Məcəllənin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə barəsində elektron qaydada EQ 17115476 nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Ona görə də qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İlkin məhkəmə baxışında iştirak edən X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2023-cü il tarixli, EQ seriyalı, 17115476 nömrəli qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsində olan və tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Fariz Yusifova ünvanlandığı elektron müraciətinə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 26 sentyabr 2023-cü il tarixli, Lada markalı 55- BS-487 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun 22-ci km-də müəyyən olunmuş 60 km /saat hərəkət sürətinin 42 km/saat həddində aşılması halı Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinin tələbinə uyğun olaraq foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş real vaxt rejimində Baş X11 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında Məcəllənin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə barənizdə elektron qaydada EQ 17115476 nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Aparılmış araşdırma zamanı qeyd olunan əraziyə xüsusi texniki vasitənin qeydə aldığı videogörüntülərə baxış keçirilmiş inzibati xətaya yol verilməsi təsdiqlənmişdir. EQ seriyalı, 17115476 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, 26 sentyabr 2023-cü il tarixdə, saat 08:52:09 radələrində «Lada XRAY» markalı, **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə sürət həddini aşdığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamədən görünür ki, görüntüdən görünür ki, Almaniya istehsalı olan, E-Patrul (99YP791) tipli, xx.xx.2024-cü il tarixdə yoxlamadan keçmiş, növbəti yoxlama tarixi xx.xx.2025-ci il tarixədək olan xüsusi texniki vasitə sürətölçən ölçü cihazına müvafiq sertifikat verilmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin izahatında göstərdiyi xüsusatları, iş materiallarında olan sübutları, səlahiyyətli orqanın nümayəndəsinin təqdim etdiyi görüntüləri nəzərə alaraq belə qənaətə gəlir ki, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 26 sentyabr 2023-cü il tarixli, EQ seriyalı, 17115476 nömrəli inzibati tənbetin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin Vİİ bəndinə əsəsn yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.3-cü maddəsinə müvafiq olaraq torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur X2 şikayətində özünü təqsirli bilməyərək onun əməlində Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olmadığını, sürətölçən cihazın müvafiq sertifikatı olmamasına istinad gətirərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 26 sentyabr 2023-cü il tarixli, EQ seriyalı, 17115476 nömrəli qərarından razı olmadığını bildirsə də təqdim edilən Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamədə, xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin sonuncu dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt müəyyən olunur. Qeyd olunan xüsusatlara əsasən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə tənbeh edilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2023-cü il tarixli, EQ seriyalı, 17115476 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı olmuşdur. Yəni, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, X3 normalarının tələbinə əsasən, X4 törətdiyi inzibati xəta faktının aşkar edilməsi və bununla bağlı müvafiq prosessual sənədin qəbul edilməsində, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən prosessual qaydalara əməl olunmuşdur. Beləliklə, hazırki iş üzrə iş materiallarını tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, X4 idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürət həddini aşması faktı aşkar edildiyinə görə ona inzibati tənbeh tətbiq edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2023-cü il tarixli, EQ seriyalı, 17115476 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur, ona görə də müvafiq orqanın qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 328.3-cümaddəsi ilə təqsirli bilinib, 200 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 26 sentyabr 2023-cü il tarixli, EQ seriyalı, 17115476 nömrəli qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İXM-in 328.3-cümaddəsi ilə təqsirli bilinib 200 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2023-cü il tarixli, EQ seriyalı, 17115476 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar