Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-4/2020 13.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə şikayətçi X1 iştirakı ilə, X2 barəsində Bakı şəhər DYPİ-nin polis mayoru X3 tərəfindən tərtib olunmuş TP3030556 saylı, xx.xx.2019-cu il tarixli qərardan onun tərəfindən verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X2 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Bakı şəhər DYPİ-nin polis mayoru X3 tərəfindən tərtib olunmuş TP3030556 saylı, xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırıldı ki, xx.xx.2019-cu il tarixdə Ə.Qasımzadə küçəsindən C.Hacıbəyli küçəsində ona məxsus Vaz 2106 avtomobili ilə hərəkət edərkən saat 18:00 radələrində Bakı şəhəri BPİ DYPİ YPX əməkdaşı tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuş, inspektor protokolda onun Ə.Qasımzadə küçəsi ilə C.Hacıbəyli küçəsinin kəsişməsində yol ayrıcını keçid qaydasını pozduğumu, yəni onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə törətmiş olduğu inzibati xətaya görə məsuliyyət müəyyən etmiş, o, protokolun əsassız tərtib olunmasına etiraz etsə də, inspektor bununla razılaşmamış, sübut olaraq videogörüntünün mövcud olduğunu qeyd edərək təhlükəsiz şəhər kamerasının nömrəsini qeyd edərək barəsində inzibati protokol tərtib etmiş, protokola etirazını bildirmiş olduğu üçün şikayətinə xx.xx.2019-cu ildə Bakı şəhəri BPİ DYPİ-də baxılmış, heç bir qanuni əsas göstərmədən, törətmiş ollduğu inzibati xətanı sübuta yetirmədən barəsində tərtib olunmuş protokolun əsaslı olması və İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilməsi ilə bağlı cavab məktubu almışdır.Yuxarıda göstərilənləri nəzərə alaraq Bakı şəhər DYPİ-nin polis mayoru X3 tərəfindən tərtib olunmuş TP3030556 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhər DYPİ-nin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, TP ******* saylı qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin qismən təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən 134.1.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraqqərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə belə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP3030556 saylı, xx.xx.2019-cu il tarixli qərar ləğv edilməli və iş yenidən araşdırılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP3030556 saylı, xx.xx.2019-cu il tarixli qərar ləğv edilsin və iş yenidən araşdırılması üçün Bakı şəhər DYPİ-nə göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-4/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-4/2020
13.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver