Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-40/2023 19.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, xx.xx.1986-cı il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Abşeron RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində idarə etdiyi “Mercedes Benz” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada Zərərçəkmiş şəxs sağlamlığınayüngül xəsarət yetirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Abşeron DYP Təbliğat üzrə inspektor, polis leytenantı X4 tərəfindən xx.xx.2022-ci il tarixli. İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 63.1-ci və 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Şəxs idarə etdiyi **-RK-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili ilə manevr etmə qaydalarını pozmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron rayon İcra Hakimiyyətinin yaxınlığında piyadaçı, 1995-ci il təvəllüdlü Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs vuraraq, nəticədə sonuncu Yüngül zərərvurmaya aid bədən xəsarəti almışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından onun barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 2658 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol göz yuvasının bayır səthinin, sol diz qapağı nahiyəsinin şişkin fonunda əzilmiş-cırılmış yaraları, boyunun yumşaq toxumaların əzilməsi, bağ aparatının gərilməsi qismən hərəkət məhdudluğu ilə küt 'əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan minik avtomaşın piyadanı vurması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Şəxs idarə etdiyi **-RK-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili ilə manevr etmə qaydalarını pozmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron rayon İcra Hakimiyyətinin yaxınlığında piyadaçı, 1995-ci il təvəllüdlü Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs vuraraq, nəticədə sonuncu Yüngül zərərvurmaya aid bədən xəsarəti almış, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Sabirabad Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-40/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-40/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver