Məhkəmə qərarları › İş №3(012)-40/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-40/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-40/2025 31.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X20 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X14 Xidmətinin nümayəndəsi X9, Qərardan şikayət vermiş şəxs X3 vəkili Nümayəndə iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsinə dair 19 fevral 2024-cü il tarixli 3-17/1-2536/2024 saylı qərarından şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsinə dair 19 fevral 2024-cü il tarixli 3-17/1- 2536/2024 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti 22 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəisi X5 AR Əmək Məcəlləsinin 192.5-ci maddəsinin tələblərinin pozulmasına əsaslanaraq 1500 manat məbləğində cərimə etmişdir. İnzibati tənbehin tətqbiq edilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti onunla əsaslandırmışdır ki, Fövqəladə Hallar Nazirliyinin Maddi- Texniki Təchizat İdarəsinin baş mütəxəssisi X6 16 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin qaynar xəttinə zəng edərək işlədiyi idarədən qismən ödənişli məzuniyyət almaq istədiyini, sosial məzuniyyətə çıxmaq üçün ərizəsi nin qəbul edildiyini, sonradan qeydiyyatın ləğv edildiyini, müəssisə rəhbəri tərəfindən ona yalnız öz hesabına məzuniyyət hüququndan istifadə etməsini bildirib. Bu fakt üzrə Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti inzibati xəta üzrə icraata başlayıb. 22 yanvar 2024-cü ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəisi X5 AR Əmək Məcəlləsinin 192.5-ci maddəsinin tələblərinin pozulmasına əsaslanaraq 1500 manat məbləğində cərimə etmişdir. Bundan barəsində inzibati xəta tətbiq edilən şəxs E. İmanov şikayət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 19 fevral 2024-cü il tarixli 3- 17/1-2536/2024 saylı Qərarından verilmiş şikayəti itəmin edilməmişdir. Təmin edilməməsini onunla əlaqələndirmişdir ki, barəsində inzibati xəta haqqında tənbeh tətbiq edilən X11 tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli 3-18-28/2-430/2023 saylı məktubu ilə qismən ödənişli məzuniyyətin verilməməsini etiraf edib.hesab edirik ki, X14 Xidməti işin hallarını ətraflı, tam və obyektiv araşdırmayıb və onun nəticəsində qanunsuz və əsasız qərar qəbul edib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti hazırki iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin baş mütəxəssisi X2 X8 Qaynar xəttinə ona qismən ödənişli sosial məzuniyyətin verilməməsi və vəzifəli şəxs E. İmanovun göndərdiyi məktubda buraxılmış texniki səhv inzibati qərarın qəbul edilməsi üçün əsas olmaz. E. Qəmbərovanın X8 Qaynar xəttinə zəng etməzdən qabaq 12 oktyabr 2023-cü il tarixdə həqiqtən də qismən ödənişli sosial məzuniyyət almaq üçün müraciət edib. Amma ərizəsi qeydiyyata alınmayıb və onun sosial məzuniyyətə buraxılması barədə əmr verilməyib və eyni zamanda ona özünün şəxsi hesabına məzuniyyət götürülməsi də təklif edilməyib. Sadəcə oktyabr ayında AR Fövqəladə Hallar Nazirliyi tərəfində idarədə struktur dəyişikliklərin olunması, Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin vəzifələrinin dəyişdirilməsi və onlarında dövlət qulluqçusu statusnun verilməsi ilə yeni əmək müqavilələri Bağlanması, hazırki işlərindən könüllü olaraq çıxmaları barədə məlumat verilib. E. Qəmbərovda da həmin vaxtı dövlət qulluqçusu deyildi. Bu vaxtı işçilərə işdən çıxması və yeni işdə qəbul olunması ilə bağlı ərizələr yazılacağı deyilir. E. Qənbərova bundan narahat olub, onun yenidən işə götürülməsinə əmin olmamamsına görə sosial məzuniyyət almaq istəyir. E. İmanova məzuniyyət götürməsi barədə fikrini bildirdikdə, ona deyilir ki, on günə struktur dəyişikliklər olacaq, dövlət qulluqçusu olacaqsan, yeni əmr veriləcək, il yarim gedəndən sonra rəsmiləşdirməkdənsə, on gün gözləyib yeni iş və vəzifənlə çıxsan daha məsləhətdir. Müraciət edən E. Qənbərova bununla razılaşır. 2024cü ilin oktyabr ayında E. Qəmbərovanın qohumu (özünün sonradan dediyinə görə) başa salır ki, onlar sənə ərizə yazdırıb işdən çıxarmaq istəyir. Dövlət qulluqçusu kimi işə götürməyəcəklər. Müraciət etdikdən, oradan məlumat AR FHN-ə daxil olduqdan sonra Kadrlar İdarəsindən zəng edib bildirilər ki, E. İmanovun əmri ilə işdən çıxmırsan və onun əmri ilə də işə bərpa olunmursan. Səni işdən azad edən də , dövlət qulluqçusu kimi işə qəbul edəndə AR Fövqəladə Hallar Nazirliyidir. Bundan sonra struktur dəyişiklikləri olur, xx.xx.2023-cü il tarixdə E. Qəmbərova dövlət qulluqçusu kimi (baş məsləhətçisi kimi) işə bərpa edilir. xx.xx.2023-cü il tarixdə isə ərizə yazıb sosial məzuniyyət hüquqnu gerçəkləşdirir. (Onu da qeyd edək ki, E. Qəmbərovanın övladı 07 noyabr 2021-ci il tarixdə anadan olub və bu müddət ərzində o qismən sosial məzuliyyət hüququndan istifadə etməyib. Bundan sonra şikayətinin əsassız olması, məslənin həllinin tapması ilə bağlı X10 müraciət etsədə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəisi X7 AR Əmək Məcəlləsinin 192.5-ci maddəsinin tələblərinin pozulmasına əsaslanaraq 1500 manat məbləğində cərimə etmişdir. Bunuda onunla əsaslandırırlar ki, Maddi-Texniki Təchizat İdarəsinin rəisi X7 xx.xx.2023-cü il tarixli məktunubda göstərilib ki sosial məzuniyyətin verilməməsi idarədə baş verən struktur dəyişikliyi ilə əlaqədardır. Sonrada E. İmanov məktubda ifadə tərzinin yanlış formada göstərilməsi ilə əlaqədar əlavə məktub göndərsədə, nəzərə almayıblar. Hesab edirik ki, inzibati araşdırma tam, hərtərəfli və obyektiv araşdırılmalı və obyektiv qərar qəbul edilməli idi. Bundan başqa AR İXM-in 100-cü maddəsində göstərilir ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı və s. göstərilməlidir. X25 haqqında MN № ******* Protokolda bütün bunlar araşdırılmamamış, şikayət edən şəxsin ifadəsi , həmin vaxtı şahidlərin ifadələri dinlənilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəisi X12 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 22 yanvar 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsinə dair 19 fevral 2024-cü il tarixli 3-17/1-2536/2024 saylı qərarın ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında X14 Xidmətinin nümayəndəsi X16 protokola uyğun izahat verməklə faktla bağlı araşdırma aparıldığını və sübutlar toplanıldığını və tənbeh vermə haqqında qərar qəbul edildiyini, iş materiallarına əlavə edilmiş sənədlərdə də bunun öz əksini tapdığını bildirmişdir. Şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 vəkili Nümayəndə şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsinə dair 19 fevral 2024-cü il tarixli 3-17/1-2536/2024 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin İnzibati xəta haqqında iş üzrə Qərardan verilən şikayətə baxılması haqqında xx.xx.2024-cü il tarixli, 3-17/1-2536/2024 saylı qərarından görünür ki, şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin rəisi X12 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 22 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-1257/2024 saylı qərarından görünür ki, şikayət qismən təmin edilmiş, X12 Azərbaycan Resoublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 22 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi, həmin inzibati xəta haqqında işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətində yenidən baxılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(105)-470/2024 saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair 22 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üzrə Abşeron Rayon Məhkəməsinin 3(012)-1257/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qərarı və 21 iyun 2024-cü il tarixli qərardadlarının ləğv edilməsi, işə yenidən baxılması üçün material birinci instansiya məhkəməsinə, hazırlıq iclası mərhələsinə qaytarılması, apellyasiya şikayətinin qismən təmin edilməsi, qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minməsi qərara alınmışdır. Məhkəmə iclasında sənədlərin qarşılıqlı tədqiqi zamanı X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, X11 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayət ərizəsində X11 tərəfindən həmin maddədə göstərilən inzibati xətanın törədilməməsi bildirilsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. X13 Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsinə dair 19 fevral 2024-cü il tarixli 3-17/1-2536/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-115- ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsinə dair 19 fevral 2024-cü il tarixli 3-17/1-2536/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X23

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar