Məhkəmə qərarları › İş №3(012)-400/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-400/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-400/2021 26.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli,işləməyən, Şəmkir rayonu, Dəllər kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yaşayan X4 barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X7 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi X8 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-ninİTŞ-nin sahə rəisi X9 bildirdi ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsiŞ, Gənclər şəhərciyində xx.xx.2020-ci il tarixdə aralarında baş vermiş mübahisə zamanı X1 Xəyalə Rafiq qızını döymüşdür.Buna görə də X7barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasındadindirilmiş barəsində inzibati icraat aparılan şəxs X7 inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Xəyalə onun yaşadığı evə gələrək İlkinin onun azyaşlı oğlu Öməri ona nalayiq söyüşlər söyməsini deyərək üzərinə hücüm üdərək saçından yolmuşdur. Həmin vaxt orada olan anası Mehparə, qohumu İlahə və qonşusu Nailə onları sakitləşdirdikdən sonraXəyalə çıxıb getmişdir.O, əlavə olaraq Zərərçəkmiş şəxs ilə mübahisə zamanı bir-birilərinin saçlarını yolduqəarını, sonuncunun yaşadığı evin qapısını sındırmadığını, onu hər hansı bir formada hədələmədiyini qulağını cırmaqlayaraq sırğasını qopardığını bildirdi.Sonda o, inzibati iş üzrə icraata xitam veilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasındadindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Nübar Cədərova onun qonşusudur.xx.xx.2020-ci il tarixdə yaşadığı binada Nübar, İlhamə və Mehbarə onu döymüşdür, Nübar anası ilə birlikdə bir əli ilə saçımdan tutaraq o biri əli ilə üzümə xəsarət yetirərək döyməyə davam etmişdir. Sonda o, barəsində inzibati icraat aparılan şəxs X2 şikayətçi olduğunu bildirdi. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki,X4 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, T-04 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ üst göz qapağının, sol gözaltı nahiyyəsinin, boyun nahiyyəsinin, boyun nahiyyəsinin sol yan səthinin qançırları, sol gözün üst göz qapağının sol qulaq seyvanının, üst dodaq və sağ bazu nahiyyələrinin sıyrığı, bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsidinləyərək, məhkəmə hesab edir ki, X4 inzibati xətanı törətməsində təqsiriişdə iştirak edən şəxslərin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, X5 inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ M: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Şövkət Nəcəfova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar