Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-404/2021 02.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Şikayət verən şəxs X3 və müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili vəkil X4 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokolun ləğv edilməsi və X11 iş üzrə icraata xitam verilməsi barədə X5 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət vermişdir. Şikayət ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2009-cu ildə fiziki şəxs kimi qeydiyyatdan keçib, Xocasən qəsəbəsində aqlay daşlarının kəsim sexini işlədir. İş xüsusiyyəti blok şəklində gələn üzlük daşlarının emal edilməsindən ibarətdir. İşlətdiyi sex Xocasən gölünə təxminən 100 metr məsafədə yerləşir. Emal zamanı daşdan yaranan qırıntılar və toz ayrıca yığılır, kəsim zamanı istifadə olunan su göl istiqamətində təxminən 100 metr məsafədə axır. Həmin axıntı sex ilə Xocasən gölü arasında olan kiçik su hövzəsinə, yəni kiçik gölməçəyə axır. Digər tərəfdən, sexlə gölün arası 100 metr aralı oluğundan üzlük daşlarının kəsimi zamanı yaranan tozun ora gedib çatması qeyri-mümkündür. Nəticədə, üzlük daşlarından ayrılan az miqdarda toz gölə çatmır, kəsim zamanı daşdan ayrılan qırıntılar sexin müəyyən olunmuş yerinə yığılır və ayrı-ayrı müvafiq təyinatlar üçün ayrı-ayrı şəxslərə satılır. Eyni zamanda, göl mühafizə olunmur, Xocasən və Sulutəpə qəsəbəsinin kanalizasiya və çirkab suları həmin gölə axıdılır. Sexin ətrafında şambo quyuları qazmağa da icazə verilmir. Bu səbəbdən də, şambo quyularının qazılması da imkansızdır. Digər tərəfdən göl ilə sexin arasında müəyyən sahə var, hansı ki, su orada tam çöküb, durulur və gölə axan su gölü çirkləndirmir, təmiz su olur. 2020-ci il oktyabr ayının 9-da nahardan sonra 11 saylı Regional Ekologoya və Təbii Sər-ətlər İdarəsinin əməkdaşları - məsləhətçi-müfəttiş X8 və baş məsləhətçi X6 sexə gələrək əsassız və qanunsuz olaraq onun barəsində X11 ******* N-li protokol tərtib edərək bir nüsxəsini də ona təqdim etmişlər. Həmin gün protokolla bağlı ondan izahat almalı olduqlarını bildirmişlər. Lakin o, izahat yazmaq istəməmişdir. Gələn müfəttişlər isə ona bildirmişlər ki, əgər onların dedikləri məzmunda izahat yasmasa, prokurorluq əməkdaşları ilə birlikdə gəlib, onu daha çox cərimə edəcəklərini, sexi bağlayacaqlarını, hətta prokurorluq əməkdaşları tərəfindən də cinayət məsuliyyətinə də cəlb olunacağını söyləyərək, onu hədələmişlər. Eyni zamanda, ona bildirmişlər ki, ona cəmi 600 manat cərimə yazılacaq. Həqiqətən də ona 2019-cu ilin may ayında 600 manat cərimə yazılmış və o da həmin məbləği tam ödəmişdir. O düşünmüş ki, yenə 600 manat cərimə ediləcək. Məhz bu səbəbdən də o, müfəttişlərə inanmış, etibar etmiş və onların diktə etdikləri izahatı yazdım və protokolun surətini aldım. Lakin 2021-ci ilin fevralın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayon İcra və Probasiya şöbəsindən icra məmuru Həsən Həsənov ona telefonla zəng edib, inzibati tənbeh vermə haqqında barəsində 11 saylı RETSİ tərəfindən qərar qəbul edildiyini və həmin qərarla 3500 manat cərimə yazıldığını bildirmişdir. Hansı ki, 11 saylı RETSİ barəsində qərar qəbul edilməsinə dair o heç bir bildiriş və məlumat verməmiş və qərarın da surətini ona təqdim elməmişlər. Eyni zamanda, bildirdi ki, bununla bağlı bildiriş qeydiyyatda olduğu Babək rayonu, Vayxır kəndinə göndərilmiş, lakin o, orada uzun müddət yaşamadığı üçün sənədlər geri qaytarılmış, o da kənddə olan qohumundan həmin sənədlərinona göndərilməsini xahiş etmişdir. Belə ki, o, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokolun ləğv edilməsi və X11 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X5 eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, qərar qanunsuz və əsassızdır onun heç bir təqsiri yoxdur. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi vəkil X7 şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə lazımi qaydada məlumat verilsə də məhkəməyə gəlməmiş səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə qərarında şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsi və müdafiəçini dinləyərək, iş materiallarını araşdırıb işdə olan sübutlara qiymət verərək belə qənaətə gəlir ki şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan X11 protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Xocəsən gölünün ətrafındakı daş kəsim sexinin fəaliyyəti zamanı yaranan çirkab suyun qanunla müəyyən olunmamış ərazidən birbaşa gölə axıdılmasına görə X9 barəsində MN ******* saylı protokol tərtib olunmuşdur. İş materiallarında olan görünür ki, X5 barəsində xx.xx.2020-ci il tarixdə Xocaəsən gölünün ətrafındakı daş kəsim sexinin fəaliyyəti zamanı yaranan çirkab suyun qanunla müəyyən olunmamış ərazidən birbaşa gölə axıdılması müəyyən edilməsi nəticəsində İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri görülmüşdür. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X11 icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X11 protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən X11 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X11 iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X11 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən X11 iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul olunur. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, inzibati protokol tərtib edilərkən hadisə tam araşdırılmamış, inzibati xəta törədən şəxsin deyil üçüncü şəxsin izahatı alınmaqla kifayətlənmiş, tərəfin iştirakı olmadan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X11 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Buna görə də məhkəmə hesab edir ki, inzibati protokol ləğv edilməli və yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.0.2, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı qərarı ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-404/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-404/2021
02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver