Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-404/2024 28.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Abşeron rayon Polis İdarəsinin Dövlət X12 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP 629873 saylı X7 haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Abşeron rayon Polis İdarəsinin Dövlət X12 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP 629873 saylı X7 haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Vüsal Gülüstani şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin DYPŞ-in əməkdaşı tərəfindən saxlanılmış, polis əməkdaşı ona yaxınlaşaraq təkidlə sərxoş vəziyyətdə maşını idarə etdiyini bildirmişdir. Polis əməkdaşına dünən yəni, xx.xx.2024-cü il tarixdə axşam bir bakal pivə içdiyini bildirdikdə, sonuncu sərxoşluğun müəyyən edilməsi üçün bir növ aparatdan istifadə edərək, ona əvvəlcədən çıxarılmış bir kağıza qol çəkdirmişdir. Polis əməkdaşına alkotesterin göstəricisi ilə tanış olmaq istədiyini bildirmiş, lakin sonuncu ona sabah şöbədə tanış olarsan deyərək, alkotesterin göstəricisini göstərməkdən imtina etmiş və ona səhər polis şöbəsinə yaxınlaşmasını bildirmişdir. Avtomobili cərimə meydançasına yerləşdirdikdən sonra dərhal yenidən tibb müayinəsindən keçmək məqsədilə xəstəxanaya getmiş, orada müayinə olunduqda onun sərxoş olmadığı məlum olmuşdur. Həmin vaxt heç bir protokol tərtib edilməmişdir. Polis əməkdaşları qanunsuz şəkildə protokolu onun iştirakı olmadan, hüquq və vəzifələri izah edilmədən tərtib etmişlər. Göründüyü kimi, qəbul edilmiş protokol əsassız olmaqla bir çox prosessual qaydaların pozulması ilə tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Abşeron RPİ-in DYPŞ-nin X7 haqqında xx.xx.2024-cü il tarixli TP 629873 saylı qərarın ləğv edilməsinə və barəsində Azərbaycan Respublikasının 329.3 və 333.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Abşeron rayon Polis İdarəsinin Dövlət X8 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X9 Polisi İdarəsinin Dövlət Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X2 həmin tarixdə, saat 03:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində idarə etdiyi “KİA CERATO” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2/9035 saylı sərxoşluğun vəziyyəti təyin edən tibbi müayinə aktından görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X1 18 fevral 2024-cü ildə ayıq vəziyyətdə olması müəyyən olunmuşdur. X9 Polisi İdarəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı X7 haqqında qərara əsasən X2 nəqliyyat vasitəsini alkoqoldan istifadə etməsi nəticəsində işıq cihazlarından istifadə qaydalarını pozmaq nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. X9 Polisi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, X2 idarə etdiyi “KİA CERATO” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatı edərkən önündə hərəkətdə olan “Opel” minik markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin qəfil tormozlaması nəticəsində ona arxadan toqquşmuş nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, şikayət vermiş şəxsi dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.2-cü bəndində əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X7 haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X7 haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, alkotesrlə müayinə edildiyi zaman alkotestrin nəticəsi ilə razılaşmış, tibbi müayinədən keçirilməsini tələb etməmişdir. Sonradan öz təşəbbüsü ilə müayinədən keçmiş sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə bağlı rəy almış, lakin hazırki halda həmin rəyin doğruluğu şübhə özlüyündə şübhə yaradır. Belə ki, məhkəmə iclasında baxış keçirilmiş video görüntüyə əsasən müəyyən edilmişdir ki, hadisə olan zaman alkotesrla müayinə edilmiş Vüsal Gülüstaninin 0,356 promil içki içdiyi müəyyən olumuş, sonuncu barəsində tərtib edilmiş protokolda pivə içdiyini və həkim müayinəsinə ehtiyac olmadığını qeyd edərək həmin halları öz əl imzası ilə təsdiqləmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərinə münasibətdə hesab edir ki, X1 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təqdim olunmuş sübutlarla təkzib olunduğundan, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güddüyündən və işin faktiki hallarını əks etdirmədiyindən, sonuncunun verdiyi şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Abşeron rayon Polis İdarəsinin Dövlət X8 xx.xx.2024-cü il tarixli, TP 629873 saylı X7 haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-404/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-404/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver