Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-405/2021 19.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, X1nun iştirakı ilə X3 barəsində tərtib olunmuş Bakı şəhəri Səbail rayon, 39-cu PB-nin sahə rəisi T. Sadıxov tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından onun tərəfindən verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş Bakı şəhəri Səbail rayon, 39-cu PB-nin sahə rəisi T. Sadıxov tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırdı ki, 17.04 2020-ci il tarixdə Bakı şəhəri, Səməd Vurğun küçəsində idarə etdiyim 99UP052 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən saat 23.30 radələrində,Səməd Vurğun küçəsində qurulan müvəqqəti kanrantin postuna daxil olmuş, Səbayıl rayonu 39-cu Polis bölməsinin sahə inspektoru Rəsul Aslanov tərəfindən barəsində MN ******* saylı protokol tərtib edilərək,39 cu Polis bölməsinin Sahə rəisi Tehran Sadıxov tərəfindən icazəsi olmasına baxmayaraq eyni gün MN ******* qərar gəbul etmişdir. Protokolda onun Azərbaycan Respublikasının Qanununu İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor protokolla bərabər qərar tərtib etmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor protokolla bərabər qərar tərtib etmişdir. O,xx.xx.2020 ci il tarixində saat 23.30 radələrində Sms icazə alaraq öz yaşadığı ünvanı tərk etmiş, icazə olan müddətdə 4 karantin postu keçmiş, həmin postlarda heç bir problem yaşamamış, icazəni yoxlayıb hərəkətinə icazə veriblər. Lakin, Səməd Vurğun küçəsində olan müvəqqəti karantin postunda yoxlanış zamanı Rəsul Aslanov niyə Səbayıl rayonu ərazisinə daxil olduğunu soruşmuş, oda sms icazəsinin olduğunu göstərmişdir. Lakin. Rəsul Aslanov haqqinda protokol tərtib edəcəyini bildirdikdə oda öz növbəsində Rəsul Aslanova qanunu xatırlatmışdır. Rəsul Aslanov eyni postda xidmət göstərən YPX əməkdaşina onun haqqinda protokol tərtib etməsini istəmiş, ancag YPX inspektoru vətəndaşın Sms icazəsi aktiv olduğu halda ona inzibati xəta haqqinda protokol tərtib etməyəcəyini bildirdikdə, digər polis əməkdaşlarının yanında pərt olduğuna görə " onda özüm edərəm" deyərək onun sənədlərini ondan alaraq protokol tərtib etmişdir. Məhkəmədən Bakı şəhəri Səbail rayon, 39-cu PB-nin sahə rəisi T. Sadıxov tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Səbail rayon, 39-cu PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Bakı şəhəri Səbail rayon, 39-cu PB-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Səbail rayon, 39-cu PB-nin sahə rəisi T. Sadıxov tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozulması faktı aşkar edilmiş və nəticədə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 200 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X3 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X2 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamışdır. Bundan əlavə, məhkəməyə təqdim edilmiş MN ******* saylı 17 aprel inzibati protokoldan görünür ki, Bakı şəhəri Səbail rayon, 39-cu PB-nin sahə rəisi T. Sadıxov protokolu tərtib edərkən protokolda onun icazə sistemində icazəsi olduğunu, lakin Xırdalan şəhərindən Bakı şəhəri Səbail rayonu ərazisinə gəlməsini əsas götürərək MN ******* saylı 17 aprel inzibati xəta haqqında protokolu tərtib etmişdir. Məhkəmə belə hesab edir ki, X3 faktiki yaşayış yerini tərk edərkən icazə sisteminin tələblərinə riayət etdiyi üçün Bakı şəhəri Səbail rayonu 39-cu PB-nin sahə rəisi T. Sadıxov tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 200 manat məbləğində cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Səbail rayonu 39-cu PB-nin sahə rəisi T. Sadıxov tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərar ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-405/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-405/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver