Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-406/2021 04.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, X1 tərəfindən daxil olmuş şikayətin baxılmasına hazırlıq zamanı xx xxxx 2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxx 2021-ci il tarixdə X1 barəsində tərtib edilmiş protokoldan şikayət etməklə Bakı şəhər, Xətai RPİ-nin 34-cü PB-nin polis mayoru Eyvaz Mürvələdov tərəfindən tərtib edilmiş protokolun ləğv edilməsini və ondan xəbərsiz şəkildə təyin olunmuş cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan etməklə Bakı şəhər, Xətai RPİ-nin 34-cü PB-nin MN ******* nömrəli xx.xx.2020-ci il tarixli xəbərdarlıqsız cərimə olunmasını nəzərə alıb səbəbinin araşdırılmasını və ondan xəbərsiz şəkildə təyin olunmuş cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir, halbuki qanunda yalnız qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 432.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından göründüyü kimi, X1 tərəfindən mübahisələndirilən qərar xx.xx.2020-ci il tarixə aiddir, qərar barəsində isə özü ərizəsində qeyd etdiyi kimi xx.xx.2020-ci il tarixdə məlumat almışdır. Azərbaycan Respublikasının İXM-nin 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərardan qanunda nəzərdə tutulmuş şikayət vermə müddəti təxminən 11 (on bir) ay buraxıldığından X1 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : X1 tərəfindən Bakı şəhər, Xətai RPİ-nin 34-cü PB-nin MN ******* nömrəli xx.xx.2020ci il tarixli protokolun ləğv edilməsini və ondan xəbərsiz şəkildə təyin olunmuş cərimənin silinməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsinə dair şikayət geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-406/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-406/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver