Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-407/2021 01.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis mayoru X1 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon Pİ-nin Mehdiabad Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X2 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində baş vermiş oğurluq hadisələrinin açılması və narkotik vasitələrin dövriyyədən çıxarılması məqsədi ilə ərazidə xidmətdə olarkən Sumqayıt şəhəri, 8-ci mikrorayon ev 27, mənzil 38-də yaşayan Əliyev Turqut Mövsüm oğlunun polis idarəsinə dəvət edilməsi üçün onun yaşadığı Saray qəsəbəsinə getmiş, onun qaynı Şəxsnn onun gəldiyin görüb qaçıb dolabda gizləndiyini və özünü şübhəli apardığını görüb onun Abşeron Rayon Polis İdarəsinə dəvət etmiş, tibbi müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müyyən edilmişdir. Bununla da Şəxs, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, Abşeron Rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X2 və digər polis əməkdaşları xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ev 27, mənzil 38-də yaşayan yeznəsi Əliyev Turqut Mövsüm oğlunun polis idarəsinə dəvət edilməsi üçün onun yaşadığı evə gəlmiş, polis əməkdaşlarının gəldiyin görüb qaçıb dolabda gizlənmiş və özünü şübhəli apardığı üçün özlərini təqdim etməklə onlardan şəxsiyyəti təstiq edən sənədləri təqdim etmələrini tələb etmişlər. Onların üzərində şəxsiyyəti təstiq edən heç bir sənədin olmaması səbəbindən polis əməkdaşları onları Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Daha sonra polis əməkdaşları onu həkim müayinəsinə aparmış, həkim onu müayinə etdikdən sonra narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. O, hərdən narkotik vasitələrdən istifadə etdiyini, etdiyi əməldə özünü tam təqsirli bildiyini, törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci i tarixdə saat 04:30-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, A/149 saylı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktdan görünür ki, Şəxs kakos və amfatamin qəbul faktı aşkarlanmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs xx xxxxxx 2021-ci il tarixdə tutulmuş və ona inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbs tutulduğu vaxtdan hesablanmalıdır. Hesab edirəm ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 20 gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin hesablanması tutulduğu - xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-407/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-407/2021
01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver