Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-408/2022 23.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İsrail oğlunun və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Salyan rayonu, Qaraçala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Salyan rayonu, Qaraçala kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşənfərdi yaşayış evində kirayədə yaşayan Şəxs İsrail oğlunun (**********) barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İsrail oğlu barəsində 23.02.2022-ci il tarixdə daxil olmuş inzibati materialda Şəxs İsrail oğlunun 23.02.2022-ci il tarixdə saat 00:05-də Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Red House” adlı kafedə ölkə ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozması, bununla da Şəxs İsrail oğlunun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X2 məhkəmədə verdiyi izahatında göstərdi ki, 23.02.2022-ci il tarixdə saat 00:05 radələrində polis əməkdaşları karantin rejimi ilə əlaqədar Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Red House” adlı kafedə ölkə ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozmaqla fəaliyyət göstərməsi müəyyən olunmuşdur. Polis əməkdaşları dərhal həmin yerə yaxınlaşaraq özlərini təqdim etməklə orada olan şəxsləri Abşeron RPİ-nə dəvət etmiş və orada həmin şəxslərin Şəxs İsrail oğlu və digərləri olması müəyyən edilmişdir. Bununla da Şəxs İsrailoğlu ölkə ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozmuşdur. Buna görə də Şəxs İsrail oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs İsrail oğlu ifadəsində göstərdi ki, o, 23.02.2022-ci il tarixdə saat 00:05 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Red House” adlı kafedə olan zaman polis əməkdaşları ora yaxınlaşaraq ölkə ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozduqları üçün onu və orada olan digər şəxsləri Abşeron RPİ-nə dəvət edərək barələrində inzibati protokol tərtib etmişlər. Sonda o, özünü təqsirli bilərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs İsrail oğlu barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs İsrail oğlu epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İsrail oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İsrail oğlunun Azərbaycan Respublikasının İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs İsrail oğlunun tutduğu əməldən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs İsrail oğlunun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Hesab edirəm ki, Şəxs İsrail oğluna inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İsrail oğluna məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İsrail oğlu Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Salyan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İsrail oğluna məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-408/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-408/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver