Məhkəmə qərarları › İş №3(012)-408/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-408/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-408/2023 30.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1nın iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ X12 tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyaslı ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X1 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş Abşeron RPİ X12 tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyaslı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Abşeron RPİ X9 rəisi X4 MN ******* nömrəli 10 12.2022-ci ıl tarixli qərarı ilə uşağı X5 döyməsinə görə X3 Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibatı qaydada cərimə edilmişdir. 10.12 2022-cı il tarixli inzibatı xəta haqqında iş üzrə qərar və həmin tarixli İnzibatı xəta haqqında protokol barədə məlumatı olmamış və rəsmi qaydada ona verilməmişdir. Həmin inzibati xəta haqqında ış üzrə protokol və qərarın surəti ona xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və Probasiya şöbəsinin icra məmuru Kənan müəllim tərəfindən həmin qərarın icrası ilə bağlı xx.xx.2023-cü il tarixli eletron bildiriş daxil olduqdan sonra icra hərəkəti həyata keçirilərkən verilmişdir. Həmin qərarın mövcudluğu barədə məlumatı da həmin gün olmuşdur. X3 inzibatı qaydada cərimə edilməsi barədə inzibatı tənbeh vermə haqqında qərar ona görə qəbul edilmişdir ki, guya o, övladı Elcanı döymüşdür. Halbu ki, o, övladı Elcanı döyməmişdir. Buna dair iş materiallarında heç bir sübut yoxdur. Abşeron RPİ X9 xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyaslı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş X7 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Şikayət ərizəsində olan və tədqiq edilmiş: İnzibati tənbeh etmə haqqında xx.xx.2022-ci il tarixli, MN seriyaslı ******* nömrəli qərrardan görünür ki, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 manat məbləğində inzibati cərimə edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş X6 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X3 barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin Mehdiabad PB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X1 Abşeron RPİ-in xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyaslı ******* nömrəli qərarından razı olmadığını bildirsə də qeyd edilən xətanın törətmədiyini sübut edən dəliləri məhkəməyə təqdim etməmişdir. Buna görə də barəsində Abşeron RPİ-nin Mehdiabad PB-də araşdırma aparılmış, protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilmişdir. Məhkəmədə müəyyən edimişdir ki, Abşeron RPİ-nin Mehdiabad PB-in X3 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyaslı ******* nömrəli qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, 300 manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron RPİ-in xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyaslı ******* nömrəli qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron RPİ X9 xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyaslı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar