Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-409/2021 07.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X13 katibliyi, İnzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin məsləhətçisi X7 və inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin 28.04.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə 07.04.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin 28.04.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi X5 ərizəsini əsaslandıraraq bildirdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi şöbəsinin müdiri X12 28 aprel 2020-ci il tarixli, MN ******* saylı qərarı ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində mülkiyyətində olan 0.03 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı dəyişmədən təyinatından kənar tikinti işləri apardığı üçün o, Azərbaycan Respublikasının İXM-nin 247.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmiş, qərarın surətini rəsmi qaydada almamış, o, heç bir inzibati xəta törətməmiş, belə ki, 05 may 2012-ci il tarixdə sözü gedən torpaq sahəsini satın almış, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Seriya MA ******* saylı çıxarışına əsasən sözügedən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi onun adına tam payda mülkiyyət hüququ üzrə 05 iyun 2012-ci il tarixdə qeydiyyata alınmış, tikinti işlərinin aparılması üçün müvafiq qaydada eskiz layihə alınmış, rüsumlar ödənilmiş, sözügedən ərazidə demək olar ki, hamı tikinti işləri aparmış, fərdi yaşayış evləri tikmişlər, barəsində ədalətsiz qərar tərtib etmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi şöbəsinin müdiri halhazırda dələduzluq maddəsi ilə təqsirləndirilərək həbs olunmuşdur. Sözügedən şəxs ondan pul tələb etmiş, vermədiyi üçün haqsız olaraq barəmdə inzibati xəta haqqında qərar qəbul etmişdir. Beləliklə, göründüyü kimi, onun heç bir təqsirinin olmamasına baxmayaraq barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Sonda o, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin 28.04.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında İnzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin məsləhətçisi X9 bildirdi ki, X2 rayonu, Saray qəsəbəsi ərazisində mülkiyyətində 0,03 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı dəyişmədən təyinatından kənar tikinti işləri aparmışdır. Buna görə də X5 barəsində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün 500 (beş yüz) manat məbləğində cərmə olunması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən 28.04.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən 28.04.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və o, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində mülkiyyətində 0,03 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı dəyişmədən təyinatından kənar tikinti işləri işləri apardığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-dən verilmiş MA0395217 saylı, 05.06.2012-ci il tarixli çıxarışdan görünür ki, X4 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına mənsubdur. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron RİHB-nın Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01.04.2021-ci il tarixli məktubunda sözügedən sahədə tikilmiş tikilinin yarımçıq olduğu və evin yaşayış üçün yararsız olduğundan orada heç bir yaşayış olmadığını göstərilmişdir. İş materiallarında olan 06.04.2021-ci il tarixli aktdan görünür ki, X4 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsində tikilmiş birmərtəbəli, 4 otaqlı fərdi ev 2014-cü il tarixində X5 və oğlu X11 tərəfindən tikilməyə başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə zamanı müəyyən edildi ki, X4 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsində tikilmiş birmərtəbəli, 4 otaqlı fərdi ev 2014-cü il tarixində X5 və oğlu X11 tərəfindən tikilməyə başlanılmışdır. Azərbaycan Respublikası Abşeron RİHB-nın Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01.04.2021-ci il tarixli məktubunda sözügedən sahədə tikilmiş tikilinin yarımçıq olduğu və evin yaşayış üçün yararsız olduğundan orada heç bir yaşayış olmadığını göstərilmişdir. Bu xüsusatlar Abşeron RİH Başçısının və Abşeron rayon Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01.04.2021-ci il tarixli arayışı ilə təsdiq edilir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Yuxarıdakılara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 5 saylı Ərazi şöbəsinin 12.05.2017-ci il tarixli, 000202 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayəti təmin edilməli, 27.02.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin 28.04.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi şöbəsinə göndərilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-409/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-409/2021
07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver