Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-409/2024 19.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs MMC-nin nümayəndəsi X2 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş protokola baxaraq MÜƏYYƏN ETDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş protokol Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X5 məhkəmə iclasında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Abşeron rayonu, Bakı-Sumqayıt Şosessi (kənar yol) Kas tikinti materialları dükanı qarşısında "xxxx" MMC-yə məxsus olan, sürücü Bağırov Mehmanın idarə etdiyi Hyundai markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin reysqabağı texniki və tibbi müayinədən keçmədiyi aşkar edilmişdir. Odur ki, həmin tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, qeyd olunan inzibati xəta haqqında protokol Hyundai markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən sürücü Mehman Bağırov barəsində deyil, Şəxs MMC barəsində tərtib edilmişdir, onun hüquqi ünvanının olduğu yer üzrə baxılmalıdır. Odur ki, işin baxılması üçün aidiyyəti məhkəməyə göndərilməsini xahiş etdi. İşin baxılmasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən tərtib edilmiş protokol tərtib edilmişdir. İXM-nin 326-cı maddəsinə əsasən “Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.” Qeyd edilən maddənin məzmunundan göründüyü kimi hazırkı qeyd edilən inzibati xəta hadisəsi Şəxs MMC-nin Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi ilə bağlı hərəkətsizliyi ilə bağlı olan inzibati xəta hadisəsidir.Bu halda inzibati xətanın baş vermə yeri isə Şəxs MMC-nin hüquqi ünvanı olan yer hesab olunur. İş materiallarından müəyyən edilir ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X8 Naxçıvani küçəsi, 615-ci məhəllə, ev 3, mənzil 12-dir. Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-in 129.1.3-cü maddəsində göstərilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş protokol baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən tərtib edilmiş protokol baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilsin. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-409/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-409/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver