Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-41/2024 25.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, şikayətçi X10, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi X5 iştirakı ilə, X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X18 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində X16 Xidmətinin Abşeron-Xızı regional söbəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. X18 şikayətini onunla əsaslandırmışdır ki, X16 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3500 manat məbləğində cərimə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, vəzifəli şəxs X1 Aygül Yaşar qızı, X6 və X7 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Həmin qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, hazırkı qərarın qəbul edilməsi üçün əldə olunan sübutlar qanunsuz yolla əldə edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə işdə olarkən Abşeron rayon polis idarəsinin 4-5 nəfər polis əməkdaşı işlədiyi ünvan 1 ünvanında yerləşən mağazaya qanunsuz olaraq daxil olmuş və işçilərin əmək müqaviləsi olub-olmamasını soruşmuşdur. Məsələ bununla bitməmiş, polis əməkdaşı yenidən onların idarəyə gəlməyini tələb etmiş, lakin gəlmədiyini gördükdə xx.xx.2023-cü il tarixdə işlədiyi mağazaya gəlmiş, qanunsuz olaraq işçilərin izahatını almış, izahatı isə onların dediyi qaydada yazılmasını tələb etmişdir. Polis əməkdaşı bildirdi ki, onların “söhbəti” alınmamış və bu materialları X16 Xidmətinə göndərəcəkdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına nəzər saldıqda görünür ki, DƏMX-yə materiallar polis orqanından daxil olmuş, inzibati xəta haqqında protokol isə xx.xx.2023-cü il tarixdə tərtib edilərək xx.xx.2023-cü il tarixdə cərimə tətbiq edilmişdir. Polis orqanı səlahiyyəti olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin obyektinə qanunsuz daxil olmuş, orada yoxlama aparmış, materiallar toplamış və həmin qanunsuz materiallar əsasında qərar qəbul edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.4-cü bəndinə əsasən həmin Məcəllənin 192.1-192.11-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Beləliklə, bu sahədə qanunvericiliyin pozulubpozulmamasını araşdırmaq səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aid edilsə də, polis orqanı qanunvericiliyin tələblərini kobud səkildə pozaraq qanunsuz olaraq cərimə edilməyimə nail olmuşdurlar. Həmçinin, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə’’nin tələbləri pozulmaqla həyata keçirilmişdir. Sözügedən Əsasnamənin tələbindən göründüyü kimi, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlama mütləq qaydada müvafiq reyestrdə qeydiyyata alınmalıdır. Bu iş üzrə səlahiyyəti olmayan polis orqanı əməkdaşının təbii ki, sahibkarlıq sahəsində aparılan yoxlama üzrə müvafiq reyestrdə qeydiyyata alınması da mümkün olmayacaqdır. Həmçinin, qərarda adı çəkilən işçilər əmək müqaviləsi bağlanılması üçün xx.xx.2023-cü il tarixdə ərizə ile müraciət etmiş, həmin tarixdə müvafiq bildirişlər sistemə yerləşdirilmişdir. Bildirişlərin sistemə gec yerləşdirilməsinin ASAN imza və müvafiq elektron sustemdə texniki nasazlığın baş verməsi ilə əlaqədar olmuşdur. Belə ki, həmin tarixdə səhər saatlarından əmək müqaviləsi bildirişinin sistemə yerləşdirilməsinə dəfələrlə cəhd olunsa da, sistemdəki xəta ucbatından bildiriş xx.xx.2023-cü il tarixdə gecə saatlarında yerləşmişdir. Başqa sözlə, inzibati xəta haqqında protokol tərtib olunan və qərar qəbul edilən ərəfədə işçilərin əmək müqaviləsi bildirişi elektron sistemə yerləşdirilmiş, yəni inzibati xəta bas verməmişdir. Göstərilənlərin nəzərə alınmasını və İXM-in 53-cü maddəsini rəhbər tutaraq, X16 Xidmətinin Abşeron-Xızı regional söbəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X18 şikayətinin məzmununa uyğun izahat verdi, bildirdi ki, X8, X6 və X7 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməmişdir. Həmin şəxslər əmək müqavilələri qüvvəyə minənədək işi öyrənmək üçün arada mağazaya gəlib-getmişlər. Qərar qəbul edən orqan işi araşdırmadan, protokol tərtib olunan zaman onun izahatını almadan belə, formal olaraq protokola imza elətdirib, qərar qəbul etmişdir. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi X13 şikayətin təmin edilməməsini xahiş etdi. Bildirdi ki, Abşeron RPİ tərəfindən yoxlamalar keçirilən zaman fiziki şəxs X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X6, X8 və X3 əmək müqaviləsi olmadan Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Eviniz” mağazasında işlədikləri müəyyən edilmişdir. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə məlumat verilmişdir. Bu məlumat əsasında xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Protokolun və qərarın verilməsi zamanı qanun pozuntusuna yol verilməmişdir. Protokol tərtib olunarkən iştirakı təmin olunmuş, qəbul edilmiş Qərar poçt vasitəsi ilə şəxsin ünvana göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, X18 onun işlədiyi yerin müdiridir. O, oktyabr ayından həmin yerdə işləyir. Polislər gələndə iş ilə maraqlanmaq üçün orada olmuşdur. Polis gələn zaman orada işləməmişdir. Evi yaxın olduğundan iş ilə tez-tez maraqlanmışdır. Məhkəmə, proses iştirakçısının izahatlarını dinləyib, şikayət ərizəsini və işin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X18 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı İXM-nin 135.1.1 maddəsinə görə qərar qəbul edən orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması əsası ilə ləğv edilməli və İXM-nin 134.1.4 maddəsinə əsasən inzibati xəta haqqında işə yenidən baxılması üçün göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İş materiallarında olan X18 barəsində tərtib olunmuş Azərbaycan Respublikası X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin rəisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişlərindən görünür ki, X2 Sevanə Loğman qızı və X8 ilə xx.xx.2023-cü il tarixdə, X11 ilə xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlamış, bildirişin imzalanma X4 xx.xx.2023-cü il tarix, digərlərində isə xx.xx.2023-cü il tarix qeyd edilmişdir. İşin materiallarında olan Abşeron RPİ tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə ünvanlanan xx.xx.2023cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu ərazisində yetkinlik yaşına çatmayan, azyaşlı uşaqların əməyin istismarının qarşısının alınması məqsədi ilə Abşeron RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə yoxlamalar keçirilmişdir. Keçirilmiş yoxlama zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Eviniz” mağazasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işgötürən X10, X15, X6, X8 və X3 əmək müqaviləsi olmadan yuxarıda qeyd olunan mağazada işlədikləri müəyyən edilmişdir. Odur ki, toplanmış material baxılması üçün göndərilməklə X10 barəsində görülmüş tədbirin nəticəsi barədə Abşeron RPİ-yə məlumat verilməsi xahiş olunmuşdur. İşin materiallarında olan X14 ünvanlnamış 20 noyabr 2023-cü il tarixli bildirişdən görünür ki, Abşeron RPİ tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə daxıl olmuş 59/2-74119/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub və təqdim olunmuş sənədlərə aidiyyəti üzrə X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baxılır. X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə 11 dekabr 2023-cü il tarixdə saat 12:00-da X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət olun muşdur. Onun və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyi və iş uzrə onda olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. İşin materiallarında olan X14 ünvanlnamış 29 noyabr 2023-cü il tarixli bildirişdən görünür ki, Abşeron RPİ tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsi inzibati xəta haqqında protokolun tərtib olunması üçün onu 11 dekabr 2023-cü il tarixdə, saat 12-də şöbəyə dəvət etmişdir. İşin materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən X10 barəsində tərtib olunan 11 dekabr 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən görünür ki, X18 protokola imza etmişdir. Lakin inzibati xəta haqqında X10 izahatı alınmamışdır.Bu barədə protokolda hər hansı bir qeyd yoxdur. X18 məhkəmədə dindirilərkən qeyd edilən inzibati xəta protokolu tərtib olunarkən izahatının alınmadığını bildirdi.Bu isə onu göstəriri ki, 11 dekabr 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoltərtib olunarkən X10 izahat vermək hüququ ona izah olunmamışdır. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1.7. maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları protokolda qeyd edilir. Bununla bağlı qeyd olunur ki, şəxs izahat verməkdən imtina etdikdə isə bu barədə protokolda qeyd aparılır. Həmçinin, məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.4-cü bəndinə əsasən həmin Məcəllənin 192.1-192.11-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Beləliklə, bu sahədə qanunvericiliyin pozulubpozulmamasını araşdırmaq səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aid edilsə də qərar qəbul edən orqan Abşeron rayon Pİ-nin təqdim etdiyi sənədlərlə kifayətlənmiş, özü hər hansı araşdırmadan, inzibati xətanın xarakterini, barəsində qərar qəbul edilən şəxsin təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, müəyyən etmədən aşağıda qeyd edilən maddi hüquq normalarının tələbləri pozulmaqla birtərəfli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 192.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, X18 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işə yenidən baxılmalı, şikayət iş üzrə icraata xitam verilməsi hissəsində qeyd edilənlərə əsasən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. X18 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən inzibati xəta haqqında işə yenidən baxılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-41/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-41/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver