Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-413/2025 21.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tərtib olunmuş İnzibati xəta haqqında 30 yanvar 2025-ci il tarixli, 00700-00017/25 nömrəli protokol material ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Sumqayıt Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1800/012/000250 nömrəli raporta əsasən, "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından gətirilən və **********8249 sorğu nömrəli gömrük bəyannaməsinin 4, 7 və 8-ci mal mövqelərində göstərilən mallara (xətt ölçüləri ölçmək üçün əl alətləri, labarotor məqsədlər üçün süsə qablar, birbaşa göstərən termometrlər) dair icazə sənədi təqdim edilməmişdir. Faktla bağlı "xxxx" MMC-nin ünvanına icraatda iştirak üçün xx.xx.2025-ci il tarixli 3- 33-1800/2-000096/2025 nömrəli məktub göndərilmişdir. Faktla baqlı araşdırma zamanı "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikası vətəndaşı X1 Əməliyyat və təhqiqat şöbəsində izahatı alınmışdır. O izahatında bildirmişdir ki, **********8249 sorğu nömrəli gömrük bəyannaməsinin 4, 7 və 8-ci mal mövqelərində göstərilən mallara (xətt ölçüləri ölçmək üçün əl alətləri, labarotor məqsədlər üçün süsə qablar, birbaşa göstərən termometrlər) dair ixracatçı şirkət müvafiq sənədləri təqdim etmədiyinə görə gömrük orqanına uyğunluq sertifikatını təqdim edə bilməmişlər. Faktla əlaqədar olaraq müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Türkiyə Respublikasında fəaliyyət göstərən “X2 San. Tic.LTD STİ” şirkətindən xx.xx.2020-ci il tarixli 16/12-FD-İMP nömrəli alqı-satqı müqaviləsinə əsasən idxal edilmiş və **********8249 sorğu nömrəli gömrük bəyannaməsinin 4, 7 və 8-ci mal mövqelərində göstərilən mallara (xətt ölçüləri ölçmək üçün əl alətləri, labarotor məqsədlər üçün süsə qablar, birbaşa göstərən termometrlər) dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyun 2014-cü il 187 saylı qərarına əsasən verilən və icazə sənədi sayılan uyğunluq sertifikatı Sumqayıt Gömrük İdarəsinə təqdim edilməmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 21,01.2025-ci il tarixli 3-33-1800/012/000250 saylı raport, **********8249 sorğu nömrəli gömrük bəyannaməsi, hüquqi şəxsin nümayəndəsinin izahatı, Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan dair çıxarış, isdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. İnzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitədən istifadə olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Şəxs MMC-nin nümayəndələri məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Göstərilənlərə əsasən, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 6.3-cü bəndinə görə, gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda və gömrük bəyannaməsi verildiyi vaxt malın miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda, natamam bəyannamə təqdim edilir. Həmin Qaydaların 6.1-ci bəndinə görə, bəyannaməçi gömrük bəyannaməsini bu Qaydaların 6.3-cü bəndində göstərilən səbəblərə görə tam şəkildə doldura bilmədikdə, gömrük orqanları bu Qaydaların 7 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada natamam bəyannamənin verilməsinə icazə verirlər. Həmin Qaydaların 6.5-ci bəndinə görə, icazə onun alınması üçün bu Qaydaların 6.2ci bəndində göstərilmiş tələblərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir və natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, gömrük bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla gömrük orqanlarına təqdim edilir. Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1 -ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən natamam bəyannamə üzrə təqdim olunmalı olan gömrük bəyannamələri qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(012)-413/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-413/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver