Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-418/2025 06.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: X9 Polis İdarəsinin X4 üzrə baş inspektor, polis mayoru X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxxx 1983-cü il tarixdə Zəngilan rayonunun Gilətağ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Zəngilan rayonunun Gilətağ kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27 yanvar 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən X9 Polis İdarəsinin YHN baş inspektor, polis mayoru Seymur Nəbiyev tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs 25 yanvar 2025-ci ildə, saat 16:00 radələrində Abşeron rayonu, Masazır kəndində əksnəqliyyat yoluna çıxmadan manevr qaydalarını pozaraq, dayanmış vəziyyətdə olan “KİA OPTİMA” markalı, 77 UF-231 dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sürücünün sürücülük vəsiqəsinin müddəti 08 yanvar 2025-ci il tarixdə bitmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 25 yanvar 2025-ci il tarixdə, saat 16:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində idarə etdiyi X2 məxsus “Mercedes” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərkətdə olduğu zaman yolun kənarında dayanan “KİA OPTİMA” markalı, 77 UF-231 dövlət qeydiyyat nişanlı avtomobili cuzi olaraq vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Əməlindən peşmandır, ailədə yeganə qazanc gətirən şəxs olmaqla, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “İnzibati xəta haqqında” 27 yanvar 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 25 yanvar 2025-ci ildə, saat 16:00 radələrində Abşeron rayonu, Masazır kəndində əksnəqliyyat yoluna çıxmadan manevr qaydalarını pozaraq, dayanmış vəziyyətdə olan “KİA OPTİMA” markalı, 77 UF- 231 dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir;
2. “Azemis” Elektron İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs himayəsində 17 oktyabr 2011-ci il təvəllüdlü X5 və 17 oktyabr 2011-ci il təvəllüdlü X3 adlı övladları var.
3. “Azemis” Elektron İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs himayəsində 17 oktyabr 2011-ci il təvəllüdlü X5 və 17 oktyabr 2011-ci il təvəllüdlü X3 adlı övladları var.
Məhkəmə, inzibati xəta haqqında protokolda mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarına və digər sənədlərə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi nəticəsində inzibati xəta törətdiyindən o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşmançılıq çəkməsini və himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını məsuliyyəti yüngülləşdirən hal olaraq nəzərə alır, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən hal olaraq əməlindən peşmançılıq çəkməsini və himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını, həmçinin məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Abusət Qasımov