Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-42/2023 25.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Şikayət verən X1, Abşeron rayon Polis İdarəsi DYP yol patrul xidməti inspektoru polis serjantı X2 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Abşeron rayon Polis İdarəsi DYP-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğvi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Polis İdarəsi DYPnin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron DYP yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən İXM-in 329.3-cü və 333.1 -ci maddəsi ilə protokol tərtib edilmiş və xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarla İXM-in 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 440 manat məbləğində cərimə edilmişəm. Özünü həmin maddə ilə təqsirli bilmir. Saxlanılan zaman sərxoş olmamışdır. Sərxoş olmadığı halda barəsində İXM-in 333.1-ci maddəsi ilə protokol tərtib edilmiş və 400 manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Polis əməkdaşları onu heç bir yol hərəkəti qaydasını pozmadığı halda saxlamış, onun sərxoşluğu olub olmamasını yoxlamaq üçün alkotestrdən keçirmiş, Alkotestrin nəticəsində 0,0387 promil sərxoşluq olduğu müəyyən edilmişdir. Həmin vaxt barəsində protokol tərtib edilmədi və ona protokol təqdim edilmədi. İdarə etdiyi Lada Niva markalı ** XF *** dövlət qeydiyyat nişanlı avtomobili polis əməkdaşları özləri idarə edərək cərimə meydançasına apardılar. onun sərxoşluq vəziyyəti 0,3 promildən az olduğu üçün o, alkotestrin nəticəsi ilə razılaşdı və əlavə həkim müayinəsindən keçmək istəmədi. Lakin İXM- in 333.1-ci maddəsinin qeyd hissəsinə əsasən həmin maddə ilə təqsirli bilinmək üçün sərxoşluq 0,3 promil olmalıdır. İnzibati xəta haqqında protokolda onda olan sərxoşluğun neçə promil olması və işıq cihazlarından istifadə qaydalarını pozmağının nədə ifadə olunması göstərilməmişdir. O, heç bir işıq cihazlarından istifadə qaydasını pozmamışdır. Lakin polis əməkdaşları onun barəsinə İXM-in 333.1-ci maddəsi ilə protokol tərtib etdiklərinə görə onu qanunsuz saxlamaqlarına qanunilik donu geydirmək üçün işıq cihazlarından istifadə qaydalarını pozmağa görə İXM-in 329.3-cü maddəsi ilə də protokol tərtib etmişlər. Ona görə də barəsində Abşeron rayon Polis İdarəsi DYP-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şikayətçi X3 şikayətini müdafiə edərək bildirdi ki, qüeyd edilən alkotestterin nəticəsi ilə razı olsa da məhz həmin sənəd olmasına şübhəylə yanaşır. Ona görə də Abşeron rayon Polis İdarəsi DYP-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. İnzibati qərar üzrə protokolu tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsi DYP yol patrul xidməti inspektoru polis serjantı X4 məhkəmədə çıxış etməklə bildirmişdir ki, şikayət qanunsuz və əsassızdır. Belə ki, vətəndaş işıq cihazlarından düzgün istifadə etmədiyinə görə saxlanılmış və içkili olduğunu etiraf etmişdir. Bunu təsdiq edən videogörüntü və alkotester müayinəsinin nəticəsi barədə sənəd də mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki araşdırma zamanı həm hadisənin görüntüsünə baxış keçirilmiş, həm də alkotesterin nəticəsinə dair 93004399 saylı testə və akta baxış keçirilmiş və qərarda qeyd olunan hallar öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Hmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Məhkəmədə inzibati xəta törədilən vaxt qeydə alınan videoya baxış keçirilmiş və protokolda qeyd olunan hallar bir daha öz təsdiqini tapmışdır. Bundan başqa iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sürücü spirtli içki içdiyini etiraf etmiş və həkimə getməyə ehtiyac olmadığını, alkotestrlə razı olduğunu bildirmiş və imzalamışdır. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Abşeron rayon Polis İdarəsi DYP-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğvi barədə şikayəti təmin edilməməli, qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Abşeron rayon Polis İdarəsi DYP-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğvi barədə şikayəti təmin edilməsin. Qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-42/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-42/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver