Məhkəmə qərarları › İş №3(012)-421/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-421/2021

02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-421/2021 02.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi,inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1952-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 27 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs oğlunun barəsində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı X3 oğlu tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı X3 oğlu bildirdi ki, Şəxs oğlu xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs ilə mübahisə etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs məhkəmə prosesində olan izahatından görünür ki, Zərərçəkmiş şəxs qızı onun arvadıdır. O, gəlini Gülcahanla eyni evdə yaşadığını və oğlu Rusiya Fedarasiyasına işləmək üçün getmişdir. O, mütəmadi olaraq yaşadıqları evdə söz söhbətlərlə bağlı spirtli içki qəbul etdiyini, lakin ailə üzvlərini narahat etmədiyini və nalayiq söyüşlər söyməmişdir. xx.xx.2020-ci il tarixdə Mehdiabad qəsəbəsində yaşadığı evdə olarkən spirli içki qəbul etməmiş və ona irad tutan arvadı Lətifə ilə mübahisə etmiş, həmin vaxt ora gələn gəlini Gülcahanla birgə onu itələyib yerə yıxdıqlarını və arvadı Lətifə təpiklə onun sifət nahiyəsinə vuraraq xəsarət yetirmişdir. xx.xx.2020-ci il tarixdə o, yenədə sərxoş olması səbəbindən evdə Lətifə ilə mübahisə edərkən Gülcahan onları ayırmaq istəyərkən arvadı Lətifənin qolundan tutaraq bərkdən tutub sıxaraq onu itələmişdir. O ,əlavə olaraq mübahisə vaxtı orada arvadı Lətifə və Gülcahandan başqa heç kim olmadığını bildirmişdir. O əməlindən səmimi peşmandır və zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əri olduğunu və gəlini Gülcahanla eyni evda yaşayırlar. Şəxs mütamadi olaraq yaşadıqları evə sərxoş vaziyyətdə gələrək onu və ailə üzvlərinin ünvanına nalaiq ifadələr işlətmişdir. Sonuncu dəfə yəni xx.xx.2020-ci il tarixdə Əhəd sərxoş vaziyyətdə yaşadıqları evə gələrək yenidən onun va ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, lakin o, əri Əhədi sakitlaşdirməyə çalışsa da sonuncu öz hərəkətlərinə davam etmişdir. Bundan sonra Əhəd yaşadıqları evin pilləkanlarindan evə qalxmaq istədiyi zaman müvazinətini itirərək pilləkəndən yıxılaraq damir stolun ayagına dəyməsi nəticəsində sifət və göz nahiyəsindən xəsarət almışdır.xx.xx.2020-cı il tarıxdə əri Əhəd yenidən yaşadıqları evə sərxoş vəziyyətdə gələrək yenidən onun və ailə ünvanına nalayiq söyüşlər söymüşdür. Hadisədən sonra Şəxs onu vurduğuna görə üzr istəmiş və onlar barışmışlar. Hazırda onun Şəxs heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs əri Şəxs heç bir şikayəti yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, yoldaşı Zərərçəkmiş şəxs fiziki ağrı yetirməklə qəsdən döymüş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasını İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq olunması üçün aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmiş, cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə, döymə və başqa zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin, eləcə də inzibati xəta haqqında müvafiq protokolu tərtib etmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı X1 ifadəsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Eyni zamanda, həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması inzibati xəta haqqında iş üzrə icraatı rədd edən haldır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu məlum inzibati xəta Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yaratsa da, zərərçəkmiş şəxslə barışığın əldə olunması iş üzrə başlanmış inzibati icraata xitam verilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata zərərçəkmiş şəxslə barışıq əsası ilə xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar