Məhkəmə qərarları › İş №3(012)-421/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-421/2025

28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-421/2025 28.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərardan şikayət verən şəxs: X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsinin Yol Patrul Xidməti İnzibati Qrup polis mayoru X2 tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv edilməsi barədə şikayəti Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsinin Yol Patrul Xidməti İnzibati Qrup polis mayoru X2 tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən Vaqif Əzimli şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin YPX İnzibati Qrup polis mayoru X2 tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli TP seriyalı ******* saylı qərar qəbul edilmişdir. O, 14 yanvar 2025-ci il tarixli TP seriyalı ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bildirmək istəyir ki, o, “HYUNDAİ İ30” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olaraq, barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirir və bu qərarda göstərilən maddə ilə özünü təqsirli hesab etmir. O, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə sürücü vəzifəsinə qəbul olunmuş və işlədiyi müddətdə şirkət tərəfindən verilmiş avtomobildə heç bir qanun pozuntusuna yol verməmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdən o, öz xahişi ilə işdən azad olunmuş, ondan sonra həmin sürücü vəzifəsinə X3 qəbul olunmuş və şirkətə məxsus olan avtomobili xx.xx.2024-cü il tarixdən etibarən o idarə etmişdir. Bundan sonra həmin şəxs şirkətə məxsus avtomilnən yol hərəkəti qaydalarını pozmuş və həmin inzibati xətaya dair protokollar onun adına tərtib olunmuşdur. O, dəfələrlə Baş Dövlət Yol Polis İdarəsinə müraciət etdikdən sonra "xxxx" MMC-nin sürücüsü X1 adına yönəldirilmişdir. Sadəcə həmin cərimələr onun adına yazıldıqda onun sürücülük hüququ məhdudlaşdırılmış və ona 5 dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.3-cü maddələri ilə protokol tərtib olunmuşdur. O, təkrar Baş Dövlət Yol Polis İdarəsinə müraciət etdikdən sonra onun adına olan cərimələr şirkətin sürücüsünə yönəlmiş, lakin sürücülük hüququ həmin cərimələrə görə məhdudlaşdırılmış və ona inzibati protokollar tərtib olunmuşdur. Baş Dövlət Yol Polis İdarəsində ona bildirilmişdir ki, ona tərtib olunmuş cərimələri və sürücülük hüququnun məhdudlaşdırılmasına dair qərarları onlar silə bilmirlər, yalnız məhkəmə qərarı əsasında silinə bilər. Bu faktı nəzərə alaraq, ona heç bir inzibati xətaya yol verməmişdir. Buna baxmayaraq, barəsində qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi barəsində tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə olan halda hesab edir ki, barəsində qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli TP seriyalı ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərardan şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati qərardan şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsinin Yol Patrul Xidməti İnzibati Qrup polis mayoru X2 tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilərək, iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsinin Yol Patrul Xidməti İnzibati Qrup polis mayoru X2 tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 04 yanvar 2025-ci il tarixdə, saat 16:48-də X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. 332.3-cü maddəsinə əsasən Bu məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gün bir il ərzində təkrar törədilməsi və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə 400 manat məbləğində cərimə edilir Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsinin Yol Patrul Xidməti İnzibati Qrup polis mayoru X2 tərəfindən baş vermiş inzibati xəta üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X4 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Keçirilmiş məhkəmə iclasında Vaqif Əzimli heç bir inzibati xəta törətmədiyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsinin Yol Patrul Xidməti İnzibati Qrup polis mayoru X2 tərəfindən əsassız olaraq inzibati xəta haqqında qərar qəbul etdiyini, həmin qərarın qəbul edilməsi haqqında ona heç bir məlumat verilmədiyini və həmin müddətdə artıq MMC-də işləmədiyini, öz ərizəsi ilə işdən azad olunmasını bildirmişdir. Qeyd olunmalıdır ki, iş üzrə aparılan məhkəmə araşdırması zamanı X4 müraciətində göstərdikləri barəsində aparılmış inzibati araşdırmanın ziddiyyətli olmasına dəlalət edir və bu məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Aparılmış məhkəmə araşdırılmasında müəyyən olunmuşdur ki, “HYUNDAİ İ30” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir və həmin avtomobil etibarnamə əsasında 22 oktyabr 2024-cü il tarixdən digər sürücü Fərid İsmayılova idarə edilməsi üçün verilmiş, lakin, polis əməkdaşı tərəfindən araşdırılmamış və nəticədə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmayaraq inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsinin Yol Patrul Xidməti İnzibati Qrup polis mayoru X2 tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə yenidən araşdırma aparılan zaman X4 iştirakı ilə iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir.

Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏRARA ALDİ:

X5 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsinin Yol Patrul Xidməti İnzibati Qrup polis mayoru X2 tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar