Məhkəmə qərarları › İş №3(012)-422/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-422/2021

02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-422/2021 02.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1954-cü il tarixdə Dəvəç rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 27 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixlərdə Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi X2 bildirdi ki, X3 xx.xx.2020-ci il tarixdə DİN-in 102 xidməti-zəng mərkəzinə müraciət edərək xx.xx.2020-ci il tarixdə yaşadıqları evə sərxoş vəziyyətdə olması səbəbindən arvadı Lətifə və gəlini Gülcahan onu itələyərək yıxması nəticəsində sifət nahiyyəsindən xəsarət alması barədə məlumat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, əri Zərərçəkmiş şəxs içki aludəçisidir. Hər gün evə sərxoş vəzyyətdə gələrək ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədir. xx.xx.2020-ci il tarixdə Əhəd evə yenə sərxoş vəziyyətdə gəlmiş, pilləkanlərdan evə qalxmaq istəyən zaman müvazinətini itirərək yıxılmış, sifət və göz nahiyəsindən xəsarət almışdır. xx.xx.2020-ci il tarixdə yenidən aralarında mübahisə olmuş, Zərərçəkmiş şəxs onun qollarına yumruq zərbələri vuraraq xəsarət yetirmişdir. O, Əsədi vurmamış, onun barəsində Əhəd polisə qərəzli məlumat vermişdir. Etdiyi hərəkətə görə peşman olduğunu, Zərərçəkmiş şəxsla barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə yaşadığı evdə arvadı ilə sərxoş halda mübahisə etmiş, həmin vaxt gəlini Gülcahan gəlmiş, onlar birlikdə onu yerə yıxmış, nəticədə o, xəsarət almışdır. Hazırda Şəxs ilə barışması və iş üzrə icraata xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, X3 xx.xx.2020-ci il tarixdə yaşadıqları evə sərxoş vəziyyətdə olması səbəbindən arvadı Lətifənin onu itələyərək yıxması nəticəsində sifət nahiyyəsindən xəsarət yetirmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin, eləcə də inzibati xəta haqqında müvafiq protokolu tərtib etmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi X1 ifadəsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Eyni zamanda, həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması inzibati xəta haqqında iş üzrə icraatı rədd edən haldır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu məlum inzibati xəta Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yaratsa da, zərərçəkmiş şəxslə barışığın əldə olunması iş üzrə başlanmış inzibati icraata xitam verilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata zərərçəkmiş şəxslə barışıq əsası ilə xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar