Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-423/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X11 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, X1 iştirakı ilə, X6 AR DİN Baş X14 İdarəsinin YPX İnizbati Qrupun xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli EQ 24756792 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin YPX İnzibati Qrup polis mayoru X4 tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli TP seriyalı ******* saylı qərar qəbul edilmişdir. 14 yanvar 2025-ci il tarixli TP seriyalı ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 332.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “HYUNDAİ İ30” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olaraq, barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirir və bu qərarda göstərilən maddə ilə özünü təqsirli hesab etmir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə sürücü vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi müddətdə onun şirkət tərəfindən verilmiş avtomobildə heç bir qanun pozuntusuna yol verməmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdən mən öz xahişi ilə işdən azad olunmuşdu. Ondan sonra həmin sürücü vəzifəsinə X5 qəbul olunmuş və şirkətə məxsus olan avtomobili xx.xx.2024-cü il tarixdən etibarən o idarə etmişdir. Bundan sonra həmin şəxs şirkətə məxsus avtomillə yol hərəkəti qaydalarını pozmuş və həmin inzibati xətaya dair protokollar onun adına tərtib olunmuşdur. Dəfələrlə Baş Dövlət Yol Polis İdarəsinə müraciət etdikdən sonra "xxxx" MMC-nin sürücüsü X3 adına yönəldirilmişdir. Sadəcə həmin cərimələr onun adına yazıldıqda onun sürücülük hüququ məhdudlaşdırılmış və ona 5 dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. O yenə də Baş Dövlət Yol Polis İdarəsinə müraciət etdi və bildirildi ki, onun adına olan cərimələr şirkətin sürücüsünə yönəlmiş, sadəcə sürücülük hüququ həmin cərimələrə görə məhdudlaşdırılmış və ona inzibati protokollar tərtib olunmuşdur. Baş Dövlət Yol Polis İdarəsində ona bildirilmişdir ki, ona tərtib olunmuş cərimələri və sürücülük hüququnun məhdudlaşdırılmasına dair qərarları onlar silə bilmirlər, yalnız məhkəmə qərarı əsasında silinə bilər. Bu faktı nəzərə alaraq, o heç bir inzibati xətaya yol verməmişdir. Buna baxmayaraq, barəsində qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona tətbiq edilən bu inzibati tənbeh, faktlara və mövcud qanunvericiliyə zidd olaraq verilmişdir. Qeyd etdiyi məsələlərin nəzərə alınaraq, qəbul edilmiş qərarın ləğv olunmasını xahiş edir. Baş Dövlət Yol Polis İdarəsinə etdiyi bütün müraciətlərin sürətini də təqdim etmişdir. Qeyd olunanlardan da göründüyü kimi barəsində tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə olan halda hesab edir ki, barəsində qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli TP seriyalı ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında qərar qəbul edilərkən heç bir əsas gətirilməmiş, polis əməkdaşı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Belə ki, bununla bağlı hətta heç bir fotoşəkil və ya videoyazı ona təqdim edilməmişdir. O xəta törətmişsə Baş X14 İdarəsi bunu nə ilə sübut edir məlum deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin YPX İnzibati Qrup polis mayoru X4 tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli TP seriyalı ******* saylı qərarın ləğv edilməsi və barəsində İXM-in 332.1 və 332.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası müvafiq olaraq 17 fevral 2025-ci il tarixə, saat 10:25-ə təyin edilmiş və inzibati qərarı qəbul etmiş şəxs AR DİN Baş X14 İdarəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında AR DİN Baş X14 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edib onun məzmununa uyğun izahat verdi və məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.3-cü maddələrində təsbit edilmiş inzibati xətanın törətməsi halı heç bir sübutla müəyyən edilməmişdir, sübutlar AR DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, X6 inzibati xəta törətməsi barədə şübhələr hər bir halda şəxsin xeyrinə həll edilməli, şikayət qismən təmin edilməli, tərib olunmuş qərar ləğv edilməli və yenidən baxılması üçün AR DİN Baş X14 İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Belə olduğu təqdirdə X6 əməlində Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.3-cü maddələri ilə nəzərdə inzibati xətanın tərkibinin olmasını araşdırmaq mümkün olmamış və məhkəmədə sübuta yetirilməmişdir. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 144.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qərarın icrasının dayandırılması barədə vəsatəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlər üzrə qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362-365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X6 barəsində AR DİN Baş X14 İdarəsinin YPX İnizbati Qrupun xx.xx.2025-ci il tarixliTP ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərarı ləğv edilsin və iş baxılması üçün yenidən AR DİN Baş X14 İdarəsinə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(012)-423/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-423/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver