Məhkəmə qərarları › İş №3(012)-424/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-424/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-424/2024 05.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib edən: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Tələbkar: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 iştirakı ilə xx.xx.1971-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Müşviqabad qəsəbəsində yaşayan X4 barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 2(012)-2381/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 29 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3500 manat borc pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi X1 tutulub, Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədi 02 noyabr 2020-ci il tarixdə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. İcra vərəqəsi əvvəli icra məmuru Elmir İsmayılovun icraatında olan zaman borclu şöbəyə dəvət olunaraq, hüquq və vəzifələri izah olunmuş, icra vərəqəsinin icrasının məcburiliyi barədə xəbərdarlıq edilmişdir. 01 il müddətində borclu tərəfindən heç bir ödəniş edilmədiyi üçün 2021-ci ilin dekabr ayında Şəxs barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Şəxs həmin tarixdə borcundan 600 manat ödəniş etməyinə baxmayaraq məhkəmə tərəfindən sonuncunun barəsində 08 gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Bundan sonra borclu şöbəyə dəvət edilmiş, lakin şəxs gəlmədiyi üçün barəsində məcburi gətirilmə və axtarıış qərarı verilmişdir. 2022-ci ilin iyun ayının 17-də yenidən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Şəxs həmin tarixdə borcundan 200 manat ödəniş etdiyi üçün məhkəmə tərəfindən sonuncunun barəsində verilmiş protokol üzrə icraata xitam verilmişdir. Həmin müddətdən sonra borclu ilə əlaqə saxlamaq mümkün olmamış, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, borclu həbs edilmişdir. 2023-cü ilin avqust ayınadək Şəxs həbsdə olmuş və avqust ayında vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Daha sonra borclu ilə əlaqə saxladıqda o, şifahi olaraq hər ay borcundan 200 manat ödəniş edə biləcəyini bildirsə də hazırki tarixə qədər ödəniş etməmişdir. Borclu tərəfindən hazırki vaxta qədər ümumi borcundan 800 manat ödəniş etmişdir. Sonuncu ödənişi isə 17 iyun 2022-ci il tarixdə tələbkara 200 manat ödəməklə etmişdir. Qeyd olunan icra sənədi üzrə borc hazırda 2700 manat təşkil edir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclu onu illərdir ki, müxtəlif yalanlarla aldadır, borcu ödəyəcəyini bildirsə də ödəniş etmir. Ona görə də, borclunun icra vərəqəsindəki borcunun tam şəkildə ödəməsini tələb etdiyini, əks halda Şəhriyar Yunusova ən ağır inzibati tənbeh tədbiri tədbir edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəhriyar Yunusov məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, icra vərəqəsi üzrə sonuncu dəfə 17 iyun 2022-ci il tarixdə 200 manat ödəniş etmişdir. O, tələbkara olan borcunu ödəməkdən imtina etmir, lakin törətmiş olduğu cinayət əməli üzrə avqust ayında vaxtından əvvəl şərti olaraq azadlığa buraxıldığından və hazırda ona elektron nəzarəti vasitəsi tətbiq edildiyindən iş tapmaqda çətinlik çəkdiyi üçün borcundan ödəniş edə bilməmişdir. Ona vaxt verilərsə borcundan 300 manat ödəniş edə bilər. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-2381/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən iddia təmin edilmiş, 29 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3500 manat borc pul vəsaiti və iddi ərizəsinin verilməsi üçün dənilmiş 30 manat dövlət rüsumunun əvəzi Zərərçəkmiş şəxs tutulub, Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, X4 icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə inzibati xəta törətmiş X2 əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Şəhriyar Yunusov verdiyi izahatında törətmiş olduğu cinayət əməli üzrə avqust ayında vaxtından əvvəl şərti olaraq azadlığa buraxıldığını və hazırda ona elektron nəzarəti vasitəsi tətbiq edildiyindən iş tapmaqda çətinlik çəkdiyini, qısa vaxt ərzində borcu hissə-hissə olmaqla tam şəkildə ödəyəcəyini bildirmişdir. Belə olduqda məhkəmə inzibati xəta törədən şəxsin əməlindən peşmançılığını, azadlığa yeni buraxılmasını, onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını və Şəhriyar Yunusovun cəmiyyətdən təcrid etmədən islah olunmasının mümkün olduğunu nəzərə alaraq, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar