Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-425/2024 05.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş “A+CO” ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X14 Xidmətinin baş məsləhətçisi X4 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş “A+CO” ASC-nin direktoru X5 Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X14 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli MN1291437 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “A+CO” ASC-nin direktoru X5 Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X14 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli MN1291437 saylı inzibati xəta haqqında qərarından şikayət ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, “A+CO” ASC-yə xx.xx.2024-cii il tarixində xx.xx.2024-cü il tarixli No 3-17-5/2-10776/2024 saylı məktub daxil olmuşdur. Məktubda qeyd olunur ki, “A+CO” ASC-in direktoru X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və qərarın icrası məqsədi ilə də AR İXM 150.1-ci maddəsinə uyğun olaraq qərarda qeyd olunan məbləğin 1 ay müddətinə X14 Xidmətinin bank hesabına ödənilməsinin təmin edilməsi bildirilmişdir, Barəsində tətbiq olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. X13 xx.xx.2020-ci ildə Cəmiyyətimizə “satış təmsilçisi” vəzifəsinə işə qəbul edilməsi ilə bağlı ərizə ünvanlanmış və həmin şəxslə Cəmiyyətimiz arasında xx.xx.2020-ci il tarixində No RM20/029 saylı Əmək Müqaviləsi və X19 haqqında Müqavilə imzalanmış və No 570K saylı əmrlə işə qəbul edilmişdir. X13 15 mart 2022-ci il tarixində yazdığı ərizədə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək xx.xx.2020 - xx.xx.2021-ci iş ili üçün 21 (iyirmi bir) gün əmək məzuniyyəti verilməsini xahiş etmiş və məzuniyyət pulunun aprel ayının əmək haqqı ilə ödənilməsinə etiraz etmədiyini bildirmişdir və 28 mart 2022-ci il tarixində onun tərəfindən No 008M saylı “Əmək məzuniyyətinin verilməsi haqqında” əmr tərtib olunmuşdur. Daha sonra növbəti ilində eyni qaydada 16 fevral 2023-cü il tarixində xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək xx.xx.2021 - xx.xx.2022-ci iş ili üçün 21 (iyirmi bir) gün əmək məzuniyyətinin verilməsini xahiş etmiş və məzuniyyət pulunun mart ayının əmək haqqı ilə ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Buna müvafiq olaraq da 22 fevral 2023-cü il tarixində No 006M saylı “Əmək məzuniyyətinin verilməsi haqqında” əmr tərtib olunmuşdur. X3 tərəfindən işlədiyi dövr ərzində məzuniyyətə çıxması ilə əlaqədar ünvanladığı hər iki ərizəsində də məzuniyyət haqqının cari ayın əmək haqqı ilə ödənilməsinə etiraz etmədiyi bildirilmişdir Digər bir məsələ isə, AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan işçinin işdən çıxdıqdan sonra son haqq-hesabının düzgün ödənilməmə ilə bağlı olan qanun pozuntusudur. Belə ki, X13 28 noyabr 2023-cti il tarixində ona ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixindən tutduğu vəzifədən azad edilməsini və əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Buna müvafiq olaraq da xx.xx.2023-cü il tarixli No 316K saylı əmr tərtib olunmuş və şəxs tutduğu vəzifədən azad edilmişdir. X13 xx.xx.2020 - xx.xx.2023-cü il tarixləri aralığında işləmiş və ümumi iş müddəti 3 il 2 ay 28 gün təşkil etmişdir. İşlədiyi dövr ərzində ümumi 2 dəfə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü tarixinədək müddətlərdə məzuniyyət hüququndan istifadə etmişdir. Yuxanda qeyd olunanlara əsasən, X13 xx.xx.2020 - xx.xx.2021-ci il və xx.xx.2021 - xx.xx.2022-ci il müddətləri üçün məzuniyyət hüququndan istifadə etmişdir və şəxsin xx.xx.2022 - xx.xx.2023-cü il üçün 21 (iyirmi bir) gün və xx.xx.2023 - xx.xx.2024-cü il üçün 4 (dörd) gün olmaqla, toplam 25 (iyirmi beş) gün kompensasiya almaq hüququ olmuşdur. İş vaxtının Uçot Tabelinə əsasən, X13 2023-cü ilin noyabr ayında 2 gün işdə olmuşdur və işdən çıxdıqdan sonra ona son haqq-hesabında kompensasiya ediləcək məzuniyyət günlərinin sayı 25 gün və noyabr ayındakı iş günü 2 gün olmaqla hesablanmış və ödənilmişdir. Qeyd edilənlərə əsasən X13 işlədiyi dövr ərzində həm məzuniyyətə çıxdığı müddətlərdə, həm də işdən çıxdıqdan sonra son haqq- hesabında Cəmiyyət tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş və əməlində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkibləri mövcud olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş “A+CO” ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X14 Xidmətinin baş məsləhətçisi X9 qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, “A+CO” ASC-nin direktoru X8 işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin əmək müqaviləsində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol vermişdir. Buna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1000 (min) manat məbləğində cərimə edilmişdir. Odur ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X10 barəsində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X14 Xidmətinin xx.xx.2024cü il tarixli MN1291437 saylı inzibati xəta haqqında qərarından müəyyən edilir ki, “A+CO” ASC-nin direktoru X8 işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin əmək müqaviləsində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1000 (min) manat məbləğində cərimə edilmişdir. “A+CO” ASC-nin direktoru X7 Departamentinin Satış şöbəsinin Region üzrə satış bölməsində Satış təmsilçisi vəzifəsində çalışan X13 tərəfindən ünvanlanmış ərizədən görünür ki, ona xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək xx.xx.2021xx.xx.2022-ci iş ili üçün 21 (iyirmi bir gün) əmək məzuniyyətindən istifadə etməyinə icazə verilməsini, məzuniyyət pulunun mart ayının əmək haqqısı ilə ödənilməsinə etiraz etmədiyini, işə başlama vaxtı xx.xx.2023-cü il qeyd olunmuşdur. Azərbaycan Beynəlxalq Bankı Binəqədi filialı tərəfindən “A+CO” ASC-nin direktoru Xanoğlan Qasımova ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “A+CO” ASC tərəfindən X11 məxsus olan ******************** əmək haqqı kart hesabın xx.xx.2023cü ildə 157.94 AZN, xx.xx.2023-cü ildə 157.94 AZN, xx.xx.2023-cü ildə 315.87 AZN, 2xx.xx.2023-cü ildə 292.63 AZN məbləğində əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən “A+CO” ASC-nin direktoru X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı Qərar icra olunması üçün göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə uyğun olaraq qərarda qeyd olunan məbləğin 1 ay müddətinə X14 Xidmətinin hesabına ödənilməsinin təmin edilməsi, əks halda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 192.4-cü maddəsində göstərilir ki, İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, “A+CO” ASC-nin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X14 Xidmətinin X2 X1 xx.xx.2024-cü il tarixli MN1291437 saylı inzibati xəta haqqında qərarından şikayəti əsassız olduğundan təmin edilməməlidir. Qərarların ləğvi üçün şikayətçinin dəlilləri iş materialları ilə təkzib olunur. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, “A+CO” ASC-nin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X14 Xidmətinin X2 X1 xx.xx.2024-cü il tarixli MN1291437 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “A+CO” ASC-nin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X14 Xidmətinin X2 X1 xx.xx.2024-cü il tarixli MN1291437 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-425/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-425/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver