Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-427/2023 24.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nın Qobu PB-nin sahə rəisi X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçəsi Xırdalan şəhər Vəkil Bürosunun müdiri Vəkil iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəh, inz bina, Ə.Salamzadə küç, 5 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 Qobu qəsəbəsində yerləşən evinin həyətindən 30 manat dəyərində elektrik naqillərini oğurlamışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs1 Abşeron ray, Qobu qəəsbəsində yaşadığı evin qarşsında saxladığı özünə məxsus “Mercedes” markalı avtomobilin salonundan 01 ədəd 50 manat dəyərində avtomaqnitafonu və 01 ədədi 05 manat olan 2 ədəd bizi oğurlayaraq ona 60 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə X2 məxsus Abşeron ray, Hökməli qəsəbəsində yerləşən yarımtikili evin həyətindən 100 manat dəyərində tikinti materialı oğurlamışdır. Bundan başqa o, xx.xx.2023-cü ildə X1 ray, Hökməli qəbəsəində yerləşən Yurd 2 marketə daxil olaraq mağazadan cəmi 15 manat dəyərində olan spirtli içkini və 2 ədəd konservini oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-cii l tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs7 məxsus Abşeron ray, Hökməli qəsəbəsində yerləşən yarımtikili evindən 1 ədəd 35 manat dəyərində pereforatoru, 1 ədəd 30 manat dəyərində direli, 01 ədəd 30 manat dəyərində laondanı gizli yolla talamışdır. Bundan başqa o,xx.xx.2023-cü il tarixdə saat 22 radələrindən sat 23 radələrinədək olan müddət ərzində Abşeron ray, Hökməli qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs6 məxsus yeni nşa edilmiş fərdi yaşayış evinə daxil olaraq 20 manat dəyərində olan elektrik naqillərini kəsib gizli şəkildə talamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə X3 övladına məxsus 01 ədəd 100 manat dəyərində velosipedin yaşadığı evin qarşısından oğurlanaraq ona 100 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2023-cü il tarixdən 27.01.223-cü il tarixə keçən gecə Abşeron ray, Qobu qəs, Ə.Cavad küəsində yaşayan Zərərçəkmiş şəxs8 yaşadığı evin qarşısında küçədə park etdiyi “VAZ2107” markalı, 10MB946 d.q.n avtomobilinin salonunda olan gödəkçəsinin cibindən 50 manat nəğd pulunu oğurlamışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə X6 Abşeron rayonu, Qobu qəs, P.Həşimov küçəsində yaşadığı evin qarşısında saxladığı “VAZ21.07” markalı, 58BB274 d.q.n 01 ədəd telefon kaburasını oğurlamaqla şiakyətçiyə 25 manat dəyərində maddi ziyan vuemuşdur. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs10 Süleyman Oğlunun gözətçi işlədiyi Abşeron ray, Qobu qəsəbəsində yerləşən fermadan elektrik naqillərini oğurlamış və ona 80 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il ə keçən gecə Zərərçəkmiş şəxs11 Abşeron ray, Qobu qəs, Ə.Cavad küçəsndə yerləşən evinin qarşısında saxladığı özünəməxsus “VAZ2101”markalı, 14 BF024 d.q.n avtomobilindən 10 manat dəyərində yaddaş kartını oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində X7 məxsus Abşeron ray, Qobu qəsəbəsində yerləşən yarımtikili evinin həyətində olan taxtaları gizli yolla talamaqla ona 100 manat məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs13 yaşadığı Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən evin həyətində olan toyuq hinindən 40 manat dəyərində xoruzun və 60 manat dəyərində hindquşunun oğurlamışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixdə saat 06 radələrindən xx.xx.2023-cü il saat 20 radələrindədək olan müddət ərzində Zərərçəkmiş şəxs14nn Abşeron ray, St Sumqayıt məcburi köçkünlər şəhərciyi, 30-cu binanın 7–ci mərtəbəsindənin foyesində qoyduğu, 01 ədəd hamam vannasını oğurlayaraq 50 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs16 məxsus Abşeron rayonu, A.Güzdək qəs, y/m yerləşən mənzilin çöl tərəfində quraşdırılmış plastik borularını oğurlamaqla 140 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq 95 manat dəyərində su mühərrikinin və 3 metr dəmir borunu oğurlayaraq şikayətçiyə 95 manat dəyərində maddi ziyan vurmuşdur. İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nın Qobu PB-nin sahə rəisi X8 yuxarıda göstərilən oğurluq əməllərini etmişdir. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərclədiyini və hazırda pulu olmadığından ziyanı ödəmək imkanının olmadığını, etdiyi əməldən peşman olduğunu əsas gətirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçəsi Xırdalan şəhər Vəkil Bürosunun müdiri Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiri tətbiq edilməsini xahiş etdi. İş materillarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:05-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs etdiyi əməlləri səmimi etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi məhkəmə tərəfindən qəbul olunur. Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə ona dəymiş maddi ziyanla bağlı məhkəməyə mülki qaydada müraciət etmək hüququ izah edilməlidir. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun müdiri Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 25 (iyirmi beş) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il, saat 20:05-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun müdiri Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-427/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-427/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver