Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-427/2025 07.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Beyləqan rayonu, Kəbirli Ərazi Dairəsi. Kəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsndən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Hikmət Musayev izahat verərək bildirdi ki, 27 oktyabr 2024-cü il tarixdə Şəxs 05 fevral 2025-ci il tarixdə, saat 12 radələrndə X3 Abşeron rayonu, Xırdalan şəhərində idarəetdiyi “** AF ***” dövlət qeydiyyat nişanlı avtonbusa daxil olaraq, sərnişinlərin arasında ucadan nəlayiq ifadələr işlətməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni xırda xuliqanlıq əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Xalid Həsənov məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək, bildirmişdir ki, o, hadisədən bir gün əvvəl yəni, 05 fevral 2025-ci il tarixdə həddindən artıq dərəcədə spirtli içki qəbul etmişdir. 06 fevral 2025-ci il tarixdə, təxminən saat 09 – 10 radələrində Xırdalan dairəsindən hərəkət edən 515 nömrəli marşrut xəttinə aid avtobusa minərək, əyləşmişdir. O, spirtli içki qəbul etdiyindən ətrafda narahatcılığa səbəb olmuş, sürücü ona avtobusu tərk etməsini bildirmiş və onların arasında mübahisə yaranmışdır. O, əsəblərini cilovlaya bilməyərək, yumruqla avtobusun sağ yan şüşəsini vurub sındırmışdır. Bir qədər sonra isə polis əməkdaşları gələrək, onu Abşeron rayon Polis İdarəsinə aparmışlar. O, əməlindən peşman olmasını, baş vermiş hadisəni içkinin təsiri altında törətməsini bildirərək, barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “Sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi” məqsədi ilə aparılan tibbi müayinə haqqında 05 fevral 2025-ci il tarixli, 2/6717 saylı protokoldan görünür ki, müayinə nəticəsində Şəxs qeyd olunan inzibati xətanı törədən zaman onda orta dərəcəli sərxoşluq faktları aşkar olunmuşdur;
2. Abşeron rayon Polis İdarəsinin Təfqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır;
3. “İnzibati qaydada tutma haqqında” 06 fevral 2025-ci il tarixli, AZA 1720181/1 №-li protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq qeyd olunan tarixdən, saat 17:55-dən məhdudlaşdırılmışdır;
4. “İnzibati xəta haqqında” 06 fevral 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 05 fevral 2025-ci il tarixdə, saat 12 radələrndə X3 Abşeron rayonu, Xırdalan şəhərində idarəetdiyi “** AF ***” dövlət qeydiyyat nişanlı avtonbusa daxil olaraq, sərnişinlərin arasında ucadan nəlayiq ifadələr işlətməklə, xırda xuliqanlıq əməlini törətmişdir;
Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmağı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. 33.1.7-ci maddəsinə əsasən Şəxs tərəfindən inzibati xətanın sərxoş halda törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab olunmalıdır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, törədilmə şəraitini, əməlindən peşman olmasını, onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını və onun cəmiyyətdən təcrid etmədən islah etməyin mümkün olduğunu nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 75 (yetmiş beş) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə zalından dərhal azad edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Abusət Qasımov